• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
14 May, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Siyasət

Azərbaycan və Gürcüstan arasında çox möhkəm dostluq əlaqələri mövcuddur…

19.03.2024 - 9:50
A A
0
SHARES
8
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar. Müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycan və Gürcüstan dövlətləri bir birinə dəstək göstərirlər. İki dövlət arasında dostluğun təməli Azərbaycanın ümummilli lideri Heydər Əliyev və Gürcüstanın böyük oğlu Eduard Şevardnadze tərəfindən qoyulmuşdur. Bu gün də bu dostluq əlaqələri davam etdirilir. Prezident cənab İlham Əliyev və Gürcüstanın hökümət başçıları mütəmadi olaraq Azərbaycan və Gürcüstana qarşılıqlı səfərlər etmiş və ölkələr arasında siyasi və iqtisadi sahələri əhatə edən çox sayda sənəd imzalamışdır.

Martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Baş nazir seçildikdən qısa müddət sonra Azərbaycana səfər etməsi dostluq münasibətlərinin nümunəsidir. Prezident cənab İlham Əliyev Gürcüstanın Baş nazirinin Azərbaycana səfəri ilə əlaqədar mətbuata bəyanatla çıxış etdi.

Bakı-Tbilisi-Qars dəmir yol xətti Şərqlə Qərbi birləşdirən ən səmərəli nəqliyyat marşrutudur. Dəmir yolunun yükgötürmə qabiliyyəti bir milyon tondan beş milyon tona çatdırılması nəzərdə tutulub. Ümumiyyətlə Azərbaycan və Gürcüstanın birgə reallaşdırdıqları iqtisadi layihələr bölgə dövlətləri ilə yanaşı Avrasiya üçün də çox əhəmiyyət kəsb edir. Artıq 3 ildən artıqdır ki, Azərbaycan qazı Gürcüstandan keçməklə Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya ixrac edilir. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan 8 dövlətə qaz ixrac edir, yaxın vaxtlarda bu dövlətlərin sayı artacaq. Bunun üçün Azərbaycan dövlətinin kifayət qədər resursları var. Gürcüstanın geniş tranzit imkanları sayəsində və iki dövlət arasında mövcud dostluq münasibətləri bu cür layihələrin genişləndirilməsinə böyük zəmin yaradır.

Azərbaycanda yaşıl enerji istehsalı sahəsində böyük işlər icra olunub və bu istiqamətdə işlər davam etdirilir. Yaxın gələcəkdə Azərbaycanda istehsal olunacaq yaşıl enerji Gürcüstan ərazisindən keçməklə Qara dənizin dibi ilə çəkilən kabel vasitəsilə Avropaya nəql olunacaq.

Siyasi sahədə də Azərbaycan və Gürcüstan arasında çox möhkəm dostluq əlaqələri mövcuddur. Azərbaycan və Gürcüstan bir birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərin toxunulmazlığını dəstəkləyən bəyanatlarla çıxış edir, beynəlxalq təşkilatlarda həmrəylik nümayiş etdirirlər.
Azərbaycan və Gürcüstan rəhbərlərinin dostluq münasibətləri iki dövlətin və xalqların da dostluq, qardaşlıq münasibətində olmalarına böyük töhfə verir. Prezident cənab İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidzinin dostluq münasibətləri Azərbaycan və Gürcüstan dövlətlərinin qardaşlıq münasibətlərini daha da möhkəmləndirəcək. Azərbaycan və Gürcüstan birlikdə daha böyük uğurlar qazanacaq.

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

 

Baş redaktor: Bünyamin Çingizoğlu 

Respublikainfo.com 

XƏBƏR LENTİ

Cəmiyyət

Neftçalada Ulu Öndərin 102 illiyi qeyd olunub

11 May 2025
4
Mədəniyyət

Azərbaycanda tanınmış fransız ifaçı İndilanın mahnısına film çəkildi – VİDEO

11 May 2025
19
Cəmiyyət

Neftçalanın icra başçısı səyyar görüş keçirib

08 May 2025
3
Seçmə

Xalq artisti Tünzalə Ağayeva “ADAvision”da – FOTO/VİDEO

08 May 2025
7
Cəmiyyət

XİLASKAR HƏKİMLƏR… TANRI SİZİ QORUSUN!

07 May 2025
87
Seçmə

Rusiya ilə münasibətlərdə yeni mərhələ…

09 May 2025
8

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.