Respublikainfo.com Media Qrupu təqdim edir:
Bildiyimiz kimi,müharibədən sonraki dövrlərdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması haqqında məlumatlar səngimir.
Biz geriyə dönüb baxdıqda tərəflər arasında “10 Noyabr” razılaşmasının olduğunu görürük. Hər zaman olduğu kimi,bu razılaşmada da Ermənistan tərəfi bir çox məsuliyyəti üzərinə götürmüşdür,ancaq müxtəlif bəhanələrlə,onları yerinə yetirməkdən yayınmışdır.
Bunları nəzərə alaraq biz,gələcəkdə də sülh müqaviləsi imzalandığı halda Ermənistan tərəfinin şərtləri yerinə yetirməsini əminliklə deyə bilmərik.Ermənistan tərəfi artıq illərdir ki, Qarabağa olan iddiasından əl çəkmir. Bunun gələcəkdə də belə olacağı qaçılmazdır. Artıq münaqişənin sonlanması üçün sülh müqaviləsinin bağlanması zəruri hesab edilir.
Təssüf hissi ilə qeyd etmək istəyirəm ki,Ermənistan tərəfinin Azərbaycana qarşı olan bu iddiaları bitməyənə qədər,bu müqavilənin bağlanmasında çətinliklər yarana bilər.
Və sülh müqaviləsi bağlandığı zaman Ermənistan,Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməlidir.Bu ərazinin Azərbaycana məxsus olduğunu nəzərə alaraq onu da qeyd etməliyik ki,Qarabağda hər hansı istənilən məsələ Azərbaycanın qanunları əsasında həll olunmalıdır.Hər birimizə məlum olduğu kimi,Ermənistan tərəfi özünü yalnız “sülhpərvər” kimi göstərir. Bu yalnız görüntüdür.Açıqda sülhün şərtlərini qəbul edib imzalasa da,pərdə arxasında öz işlərini görəcəyi mütləqdir.Çünki bu dövlət hər zaman çalışacaqdır ki,mümkün qədəri ilə sülh müqaviləsinə imzasını atmağı gecikdirsin.
Bunun da tək bir səbəbi var.
Həmin səbəb də ondan ibarətdir ki, Ermənistan öz məğlubiyyətini təsdiq edəcək hər hansı sənədi qəbul etmək istəməz.Əyər gələcəkdə sülh müqaviləsi bağlanacaqsa (ki bu vacibdir) tərəflər arasında diplomatik əlaqələrin də qurulması vacibdir.Bunun üçün də hər iki tərəf dürüst olmalı və müqavilədə göstərilən şərtlərə sözsüz əməl etməlidir.
Vacib məsələlərdən biri də ərazilərin qarşılıqlı tanınmasıdır.Həmçinin onu da qeyd etmək lazımdır ki,ötən illərdə olduğu kimi,indi və ya gələcəkdə də Ermənistan və Azərbaycan münasibətlərində Rusiyanın da xüsusi marağı vardır.
Bu məsələni daha da çətinləşdirmiş olur.
Nəticə olaraq qeyd edə bilərik ki,hər bir ölkənin marağını təmin edəcək bir müqavilənin bağlanması qeyri mümkündür.
Əgər belə bir şey olsaydı,müharibələr olmazdı və sülh yolu ilə həll olunardı.Biz indi Azərbaycanın necə üstün bir səviyyədə olduğunu bilirik.Hər hansı sülh müqaviləsinin də şərtlərindən boyun qaçırmayacağından əminik.
Azərbaycanın istəyi ondan ibarətdir ki,öz ərazisində hər hansı bir erməni vətəndaşı əli silahlı şəkildə gəzməsin.Hər kəs öz sərhədlərini tanısın. Həmçinin 1991-ci il Ermənistan tərəfinin müstəqillik haqqında konstitusiya aktına nəzər saldıqda görürük ki,bu aktın preampulansında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarını da özündə əks etdirmiş maddə var.
Həmin maddənin oradan çıxarılmasını da Azərbaycan tələb edir.Azərbaycan tərəfi hər zaman olduğu kimi, müqavilələrdə də üstün mövqedə duracaqdır. Bu onun müharibədə göstərdiyi qəhramanlıqla əlaqədardır. Çox yaxşı olar ki, Ermənistan tərəfi də bununla razılaşsın və hər şey göründüyü kimi olsun.
Düşünürəm ki, Ermənistan ilə Azərbaycan çox gec olmadan düzgün münasibətlər quracaqlar və Ermənistan tərəfi səhifələrini anlayacaq, ərazi iddialarından əl çəkəcək.
Aysel Balayeva
Azərbaycan Universiteti, İctimai Elmlər fakültəsi