Sülh danışıqlarıyla bağlı intensiv görüş keçirilir,müzakirilər aparılır. Həmçinin,
Azərbaycan Prezidenti Cənab ilham Əliyev də XI Qlobal Bakı Forumunda çıxışında bildirir ki: “Biz tarixdə heç vaxt indiki qədər Ermənistan sülhə yaxın olmamışıq”.
Azərbaycan prezidentinin bu çıxışından belə qənaətə gəlmək olar ki, Azərbaycan və Ermənistan arasında bir çox detallarla bağlı razılaşdırmalar əldə edilib. Amma hamısını razılaşdırdığını düşünmürəm. Çünki, hamısını
razılaşsaydılar tərəflər arasında sülh müqaviləsi imzalanmış olardı.
Görünür ki, tərəflər arasında detallarda tam olaraq fikir birliyi formalaşa bilməmişdilər. Ona görə də süh müqaviləsinin imzalanması prosesini ləngidir. Amma əgər bütün
detallar tam şəkildə razılaşdırılarsa o zaman artıq sülh müqaviləsinin imzalanmasına qarşı hər hansı bir mane qalmayacaqdır.
Və yaxın zamanda tərəflər arasında sülh müqaviləsi imzalana bilər, əgər təbii ki, bütün
razılaşdırmalar həyata keçirələrsə. Yox əgər bütün razılaşdırmalar həyata keçməsə və Ermənistan burada yenə də qeyri-konstruktiv mövqre tutarsa və yaxud zamana oynayarsa, yaxud da ki, hər hansı manipuliyasiya edərsə o zaman artıq sülh prosesi ləngiyə bilər. O, baxımdan həm hadisələrin gedişindən, həm beynəlxalq siyasi vəziyyətdən, həmdə ki lokal vəziyyətdən çox şey asılıdır. Amma ümid edirəm ki, yaxın zamanda Ermənistan tam olaraq sülh masasına oturmağa cəsarat tapar və məsələ yekunlaşa bilər.
İsgəndərov Fuad
Azərbaycan Universiteti
Respublikainfo.com