• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
08 Sentyabr, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

Azərbaycan turizmçiləri İT-in Ərzurumda keçirilən toplantısında iştirak ediblər

28.04.2025 - 16:59
A A
0
SHARES
4
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

25-26 aprel tarixlərində Azərbaycan nümayəndə heyəti Türkiyənin Ərzurum şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Turizm nazirlərinin 6-cı iclası və İƏT-in turizm üzrə yüksək səviyyəli ekspertlərinin 8-ci iclasında iştirak edib.

Turizm nazirlərinin 6-cı iclasında çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev son illərdə İƏT ilə turizm sahəsi üzrə aparılan əməkdaşlığın gücləndirilməsi və ölkəmizin ev sahibliyi ilə təşkil edilmiş İƏT tədbirləri barədə məlumat verib. Həmçinin Fuad Nağıyev Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı seçilməsi çərçivəsində planlaşdırılan işlərdən bəhs edib.

İclas zamanı Şuşanın turizm potensialını əks etdirən təbliğat videosu nümayiş etdirilib.

Səfər çərçivəsində Fuad Nağıyev və Türkiyənin Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy arasında görüş təşkil olunub.

Görüşdə Azərbaycan və Türkiyə arasında turizm sahəsində əlaqələrin gücləndirilməsi üçün mümkün perspektivlər müzakirə edilib, qarşılıqlı turist mübadiləsinin artırılması üçün iki ölkə arasında mövcud uçuşların artırılması və bu sahədə əməkdaşlıq mexanizmlərinin inkişafının zəruriliyi qeyd olunub.

Fuad Nağıyev öz növbəsində Mehmet Nuri Ersoyu cari ilin 4-6 iyun tarixlərində Azərbaycanın ev sahibliyi ilə keçiriləcək “BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclası”nda iştirak etməyə dəvət edib.

Həmçinin iclas çərçivəsində nümayəndə heyətlərinin başçılarının iştirakı ilə hər bir İƏT üzv dövləti üçün nəzərdə tutulmuş stendlər qarşısında ağacəkmə aksiyası keçirilib.

Bununla yanaşı, İƏT-in üzv dövlətlərinin nümayəndə heyətləri aprelin 26-da “Ağıllı Dünyada Ədalətli Gələcək: Ağıllı İqtisadiyyatlar və Qlobal Bərabərsizlik” mövzusunda Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım və bir çox nazirin iştirakı ilə keçirilən Palandökən İqtisadi Forumunun açılış mərasimində və panel sessiyalarda iştirak edib.

 

XƏBƏR LENTİ

Sağlamlıq

PSİXOLOJİ SAĞLAMLIĞINIZI PSİXOLOQ DİLBƏR BƏHMƏNLİ İLƏ QORUYUN…!

07 Sentyabr 2025
14
Mədəniyyət

Xalq artisti Tünzalə Ağayeva R&B tərzində təəccübləndirdi – VİDEO

06 Sentyabr 2025
5
Sağlamlıq

GÖZƏLLİK VƏ SAĞLAMLIQ – HƏKİM-KOSMETOLOQ SURƏ İMAMCANOVA İLƏ

06 Sentyabr 2025
63
Hadisə

Avtoqəza ilə bağlı qarşı tərəfin ailəsindən AYTƏN SƏFƏROVAYA CAVAB

06 Sentyabr 2025
4
Hadisə

“Bəs deyirdiniz dərman içib, bu bıçaq yarasına nə deyirsiz?” – Qazax sakini baş prokurora müraciət etdi

04 Sentyabr 2025
12
Digər

Gəncə şəhərində əlilliyi olan qadınlara dəstək məqsədi ilə növbəti dəyirmi masa təşkil olunub

04 Sentyabr 2025
12

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.