2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində 111 saylı Zaqatala–Balakən seçki dairəsi üzrə deputatlığa namizəd Azər Kərimlinin seçicilərlə görüşləri davam edir.
Respublikainfo.com Media Qrupu xəbər verir ki, Azər Kərimli Balakən rayonunun 111 saylı seçki dairəsinə daxil olan kəndlərdə görüşlərdən əvvəl Balakən şəhərində öncə Ulu Öndərin abidəsini ziyarət etmiş, ardınca Balakən şəhər Şəhidlər Xiyabanında Birinci və İkinci Qarabağ döyüşlərində şəhid olan qəhrəmanların məzarlarını ziyatət edərək gül dəstələri qoymuşdur.
Baş redaktor: Bünyamin Bünyadzadə Respublikainfo.com