• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Azərbaycanda iki nazirlik birləşdiriləcək? – AÇIQLAMA

10.09.2025 - 21:32
A A
0
SHARES
4
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Azərbaycanda dövlət idarəetməsində islahat dalğası gözlənilir. Planlara iki nazirliyin birləşdirilməsi və bir sıra komitələrin ləğvi daxildir. Məqsəd xərclərin azaldılması və idarəetmənin çevikləşdirilməsidir.

 

 

Mövzu ilə bağlı Respublikainfo.com bildirir ki,  iqtisadçı Eldəniz Əmirov bildirib ki, nazirliklərin birləşdirilməsi həm xərcləri azaldır, həm də idarəetməni çevikləşdirir:

 

 

“Nazirliklərin birləşdirilməsi və komitələrin ləğvi həm iqtisadiyyata, həm dövlət xərclərinə, həm də idarəetməyə təsir göstərir. Məsələn, dövlət xərcləri baxımından bu birləşmə paralel strukturların aradan qalxmasına, ştat vahidlərinin azalmasına və nəticədə xərclərin azaldılmasına gətirib çıxarır. Yəni büdcə yükünü yüngülləşdirir və xərclərin səmərəliliyini artırır. İqtisadi effektivlik isə xərclərlə sıx bağlıdır. Çünki resursların əlçatanlığı asanlaşır. Yəni, istər binalar və digər tikililər, istər infrastruktur, istərsə də insan resursları baxımından əlçatanlıq artır və maliyyə resurslarının rasional bölgüsü təmin olunur. Bu çıxış idarəetmənin çevikliyinə də təsir edir. Qurumların sayı azalanda qərarvermə prosesi sürətlənir, yəni çeviklik artır, zəncirin hərəkət elementləri azalır. Həm dövlətin daxili koordinasiyası, həm də cəmiyyətlə ünsiyyət, yəni birbaşa kommunikasiya edən strukturların fəaliyyəti sürətlənir”.

 

 

Onun sözlərinə görə, müsbət hallarla yanaşı, mənfi tərəflər də mövcuddur:

 

 

 

“Nazirliklərin birləşdirilməsi və ya parçalanması barədə bir mənalı “edilsə yaxşıdır” və ya “edilməsə yaxşıdır” demək doğru deyil. Bəzi hallarda birləşmələr xərcləri azaldır, koordinasiyanı gücləndirir, idarəetməni sadələşdirir. Digər hallarda isə əksinə böyük və çoxşaxəli qurumun daha effektiv işləməsi üçün funksiyaların ayrı-ayrı strukturlara verilməsi tələb olunur. Bu, hansı qurumdan və strukturdаn danışıldığına bağlıdır. Ona görə də prosesə qızıl orta prinsipi ilə yanaşmaq lazımdır. Nazirliklərin əsas funksiyası siyasətin müəyyənləşdirilməsi və istiqamətlərin formalaşdırılması olmalıdır. İcra strukturlarının nazirliklərdən ayrı olması dünya təcrübəsində göstərilir ki, bu mümkündür. Böyük qurumların bəzilərində qərarların verilməsi uzun zaman ala bilər və beləliklə çeviklik azalır. Kiçik qurumlara bölmək isə xərcləri artırır və koordinasiyanı zəiflədir. Başqa sözlə, nazirliklərin birləşdirilməsi, parçalanması və ya yeni qurum yaradılması ciddi təhlil tələb edir. Ən əsası, bu təhlil şəxsi və ya qrup mənafeyinə əsaslanmamalıdır. Yalnız ölkənin ümumi maraqları, uzunmüddətli inkişaf strategiyası və idarəetmə effektivliyi nəzərə alınmalıdır”.

 

Ekspert bildirib ki, bu cür mövzularda bir mənalı kəskin fikir söyləmək doğru deyildir:

 

“Hər bir qurum üçün fərdi yanaşma tətbiq oluna bilər. Amma ümumi kontekstdə bu mümkün deyil. Çünki hər bir qrum,təşkilat, struktur fərqli yanaşmalar tələb edir”.

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.