• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
14 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Azərbaycana gələn turistlərin giriş qapısı tək Bakı olmamalıdır…

17.06.2024 - 9:43
A A
0
SHARES
9
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

2024-cü ilin yanvar-mart aylarında hotel və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 17,8 faiz səviyyəsində olub. 2024-cü ilin ilk üç ayında hotellərin ən çox dolu olduğu rayonlar Şabran (45,5 faiz) və Qusardır (41,3 faiz). Bakıda hotellərin doluluq səviyyəsi 30,6, Naftalanda 29,8, Saatlıda 24,8, Sabirabadda 20,8, Beyləqanda 20,4, Ağcabədidə 20,2 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən də aşağı olub.

Respublikainfo.com  “Kaspi”qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim ediri:

“Güclü turizm infrastrukturu lazımdır”

“Azərbaycan Hotellər və Restoranlar Assosiasiyası”nın İdarə Heyətinin sədri Samir Dübəndinin sözlərinə görə, rayonlarımızda turizm imkanları o qədər də inkişaf etməyib: “Turizmin yüksəliş mövsümünə hələ yeni addımlayırıq. İlin əvvəlindən bu günə qədər turistimiz az idi. Digər tərəfdən, gələn turistlər regionlara daha az səfər edirlər. Bakı ilə yanaşı, digər regional turizm destinasiyaları da turlara daxil olmalıdır. Regionlarımızın da turizm potensialını artırmalıyıq. Onları inkişaf etdirmək, turizm agentliklərinin sayını artırmaq, hotellərin işinə təkan verməliyik. Bunun üçün regionlarda güclü turizm infrastrukturu lazımdır. Turizm operatorları, tur agentləri, yerləşmə vasitələri, nəqliyyat xidmətləri, ekskursiyalar nəzərdə tutulur. Regionlarda bu komponentlər olan turlar çox azdır. Bir az da pərakəndəlik var”.

Giriş qapısı tək Bakı olmamalıdır

Samir Dübəndi bildirdi ki, regionlara təşkil olunan turlar da qaneedici deyil: “Bələdçi sayı çox azdır. Bəzi regionlarda ümumiyyətlə bələdçi yoxdur. Ekskursiya üçün müxtəlif həcmli avtobuslardan istifadə olunur. Onlar da Bakıdan gedir. Regionlarda belə bir avtoparkın mövcud olması mümkün deyil. Azərbaycana gələn turistlərin giriş qapısı tək Bakı olmamalıdır. Gəncə, Naxçıvan, Lənkəran hava limanlarından da istifadə olunmalıdır. Gələn turistlər bir neçə gün regionlarda gecələyib sonra Bakıya və digər rayonlarımıza səfərlər edə bilərlər. Bunun üçün də tur agentlikləri, operatorlar çalışmalıdır. Hotellər üçün əlverişli biznes şəraiti yaratmalıyıq”.

“Ekoloji turizm növlərinə diqqət yetirə bilərik”

Sədrin fikrincə, biz hələlik dünyadakı turizm fəaliyyətlərinə o qədər də diqqət yetirmirik. Hər bir regionun özünəməxsus mətbəxindən, təbii və mədəni irs nümunələrindən turizm məqsədləri üçün istifadə edə bilərik: “Həmçinin yeni turizm məhsulları da yaradarıq. Bunun üçün həm təbii, həm də antropogen resurslardan istifadə etmək olar. Ölkəmizin hər bir guşəsində abidələr mövcuddur. Hətta bəziləri dünya mədəni irs siyahısına daxil edilib. Həmin resursları önə çəkməliyik. COP29-un təbiətin mühafizəsi ilə bağlı tədbir olmasını nəzərə alaraq, ondan sonra daha çox ekoloji turizm növlərinə diqqət yetirə bilərik”.

Baş redaktor: Bünyamin Bünyadzadə Respublikainfo.com 

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
96
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.