• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
10 Noyabr, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

Azərbaycan siyasətçilərinin kəramətsizliyi..

21.10.2025 - 13:44
A A

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), quality = 70?

0
SHARES
10
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Ölkədə sorğulama mədəniyyətinin aşağı səviyyədə olması, olanın da yanlış anlaşılması və ya inkişafının qarşısının alınması birbaşa siyasət adamlarının suçudur. Azərbaycan insanının siyasi sorğulamaları bu gün hakimiyyətdən daha çox, əsasən müxalif düşüncəli siyasilərə və partiyalara yönəlikdir.

Çünki hakimiyyətin tənqidə dözümsüzlüyünü və reaksiyasının necə olacağını 7-dən 77-yə qədər hər kəs bilir və münasibətini ehtiyatlı davranaraq bəlli etməməyə çalışır. Vətəndaş hakimiyyətlə arasındakı münasibəti özü idarə etməyə çalışır, çünki heç bir siyasi qüvvəyə güvənmir.

Bəzən isə güvənməsi üçün müxalifəti sorğulamağa başlayır. Əslində bu, çox önəmli amildir. Buradan yol alaraq həm hakimiyyəti də daha cəsarətlə sorğulayacaq, həm siyasi aktivləşmə yaranacaq, həm də müxtəlif gerçək müxalif siyasi təşkilatların sırası genişlənəcək.

Lakin buna müxalifət təşkilatları və ya siyasətçiləri imkan yaradırlarmı?

Qətiyyən. Bu sorğulamalara özləri şərait yaratmalıdırlar ki, sağlam müzakirələrdə həqiqətləri xalq daha aydın şəkildə görə bilsin.

İstənilən siyasətçi haqqında da, siyasi təşkilat barədə də hər kəs danışa bilər və danışmalıdır. Hətta burada obyektivlikdən kənar və qərəz olsa belə, heç bir fikrin önü kəsilməməlidir.

Xalqa arayış vermək lazım deyil ki, “Mən doğru addım atdım, filan siyasi təşkilat yanlış elədi”, “Əsil müxalifət bizik”, “Hakimiyyətin adamlarıdır, tapşırıqla hərəkət edirlər” kimi yanaşmalar cəmiyyətin siyasi təfəkkürünə balta çalmaqdır.

Kommunist-komsomol təlim-tərbiyəsi ilə “Bizim kimi düşünməyən bizim düşmənimizdir” yanaşmasından uzaqlaşmadan xalqa faydalı siyasi qüvvəyə çevrilə bilmək mümkün deyil.

Siyasi partiyanın funksiyası sadəcə tənqid etmək deyil, həm də təftiş etməkdir. Lakin bu təftiş digərlərinin fəaliyyəti üzərində deyil, cəmiyyətdəki boşluqlar üzərində aparılmalıdır.

Hakimiyyəti tənqid etməklə məhdudlaşan və ya hakimiyyətə yarınmaqla varlığını sürdürən təşkilatlar siyasi institut səviyyəsinə qalxa bilməz.

Canlı insan faktoru ilə deyil, sosial şəbəkələrdə hakimiyyəti söyməklə “like” qazanan kəsimin və ya təşkilatların heç bir siyasi uğuru ola bilməz. Canlı insan faktoru ilə işləməyin əsas strategiyası isə yazıçısı, şairi, müəllimi, ziyalısı ilə “mənim yanımda dur” davası aparmaq deyil, tam əksi – düşünən beyinlərin səni sorğulamasına şərait yarada bilməndir.

Digər önəmli bir faktor isə, xalqın ümumi passivliyi fonunda siyasətçilərin təkbaşına yaxşılığa doğru nəyisə dəyişmək cəhdlərinin boşuna olmasıdır. Mütləq şəkildə millətin yeni nəsil ziyalısı xalqın həyatında baş verəcək bütün proqressiv proseslərin başında durmalıdır. Bunlar həm də siyasət elminin təməlləridir.

P.S. Arada musiqi dinləyin, “siyasətçilər”. Məsələn, Sezen Aksunun “Savaşma, Seviş Benimle”

ANAR ƏSƏDLİ 

XƏBƏR LENTİ

Seçmə

“ULU RÖYA YOLUNDA” KİTABININ TƏQDİMATI BAŞ TUTUB

09 Noyabr 2025
8
Cəmiyyət

Neftçalada Zəfər günü böyük coşqu ilə qeyd olundu

08 Noyabr 2025
1
Seçmə

“YOLÇU” TOYU – AAYDA MƏMURLARININ OLİQARXVARİ ŞƏNLİYİ

09 Noyabr 2025
17
Seçmə

BMT tərəfdaşı “CIPDH” – İnsan Hüquqlarının Müdafiəsi Komissarlığının Azərbaycan nümayəndəsi 74 yaşını qeyd edir

02 Noyabr 2025
5
Manşet

VƏKİLDƏN maraqlı İZAH – “Soyuq silah” hansı cinayət məsuliyyətidir?

01 Noyabr 2025
56
Manşet

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub

31 Oktyabr 2025
79

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.