• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
10 Noyabr, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin iclası keçirilib

11.10.2025 - 0:22
A A
0
SHARES
7
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

9 oktyabr 2025-ci il tarixində Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) İdarə Heyətinin növbəti iclası keçirilib.

AQC İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən verilən məlumata görə, iclasda bir neçə istiqamətdə məsələlər müzakirə olunub.

İlk olaraq Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanuna əlavə və dəyişikliklərin edilməsi təşəbbüsünün AQC tərəfindən əvvəllər dəfələrlə irəli sürüldüyü qeyd olunub və bildirilib ki, sözügedən qanuna dəyişikliklərin qəbulu zəruridir.

AQC İdarə Heyətinin sədi Vüqar Orucun AQC İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinə verdiyi açıqlamada bildirilir ki, AQC rəhbərliyi bununla bağlı müvafiq komissiya yaradılması, əlavə və dəyişiklilkər barədə təkliflər isə isə şəffaf və ictimai müzakirəyə açıq şəkildə, bütün üzvlərin iştirakı ilə qəbul edilməsinin zəruriliyini vurğulayıb.

İclasda qeyd olunub ki, hazırkı qanunvericiliyə əsasən, qiymətləndirmə fəaliyyəti beynəlxalq təcrübəyə uyğunlaşdırılmalı və 9 istiqamət birləşdirilərək 3 fəaliyyət ilə məhdudlaşdırılmalıdır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Rəqabət Məcəlləsinə, şəffaflığa və ədalət prinsiplərinə uyğun olaraq qiymətləndirmə sektorunun tənzimlənməsində Qazaxıstan modelinə üstünlük verilməsini təklif edir. Belə ki, bu modeldə tənzimləmə həm müvafiq dövlət qurumları, həm də tənzimləyici təşkilatlar tərəfindən həyata keçirilir. Tənzimləyici təşkilatlar dedikdə, hər hansı bir qurum deyil, qiymətləndiricilərin qanun çərçivəsində fəaliyyət göstərən birlikləri nəzərdə tutulur.

Qazaxıstanda mövcud olan 4 palata var ki, burada hər bir palatada minimum 30 şirkət və ya qiymətləndirmə mütəxəssisi könüllü şəkildə birləşərək qiymətləndirmə fəaliyyətini həyata keçirə bilir. Bu sektorda tək hakimiyyətliliyin qarşısının alınması və rəqabət mühitinin formalaşması üçün vacib məqamdır.

Daha sonra qiymətləndiricilərin peşə bayramı təşəbbüsü ilə bağlı çıxışlar səsləndirilib. 2023-cü il 30 dekabr tarixində Azərbaycan Respublikasının Prezidentinin “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun imzaladığı həmin tarix qiymətləndiricilərin peşə bayramı kimi qeyd olunması barədə müvafiq qurumlara təklif göndərilməsi qərara alınıb. Eyni zamanda, AQC-nə qarşı edilən təxribatlarla bağlı müzakirələr aparılıb və idarə heyətinin üzvləri yekdilliklə bildiriblər ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti bütün bu cəhdlərə baxmayaraq ədalətli, rəqabətə əsaslanan və assosiativ fəaliyyətini davam etdirəcək.
Bu istiqamətdə atılan addımlar AQC-ni hədəflərindən döndərə bilməyəcək. AQC-yə qarşı təxribatlarla bağlı dövlət və hüquq-mühafizə orqanlarına müraciət edilməsi barədə qərar qəbul olunub.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti “İqtisadiyyat və Qiymətləndirmə” adlı elmi jurnalın təsis edilməsi barədə qərar qəbul edib. Bu jurnal ölkədə iqtisadi müzakirələrin və debatların aparılmasına, qiymətləndirmə sahəsinin inkişafına, eləcə də Azərbaycanın iqtisadi problemlərinin və onların həlli yollarının elmi şəkildə təhlilinə xidmət edəcək.

Bütün bunların fonunda, Azərbaycan ərazisində qüvvədə olan qiymətləndirmə standartları barədə aparılan müzakirələrdə AQC İdarə Heyətində müvafiq qərarların qəbul edilməsi ilə bağlı yekdil fikir formalaşıb.

Toplantının sonunda qiymətləndirmə kurslarının təşkili ilə bağlı pandemiyadan sonrakı dövr nəzərə alınaraq, kursların “online” qaydada təşkilinin vacibliyi vurğulanıb.

İclasın sonunda AQC rəhbərliyi tərəfindən Mərkəzi Bank, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə görüşlərin təşkili və qiymətləndiricilərin problemləri ilə bağlı müzakirələrin aparılması üçün müraciət edilməsi qərara alınıb.

XƏBƏR LENTİ

Seçmə

“ULU RÖYA YOLUNDA” KİTABININ TƏQDİMATI BAŞ TUTUB

09 Noyabr 2025
8
Cəmiyyət

Neftçalada Zəfər günü böyük coşqu ilə qeyd olundu

08 Noyabr 2025
1
Seçmə

“YOLÇU” TOYU – AAYDA MƏMURLARININ OLİQARXVARİ ŞƏNLİYİ

09 Noyabr 2025
17
Seçmə

BMT tərəfdaşı “CIPDH” – İnsan Hüquqlarının Müdafiəsi Komissarlığının Azərbaycan nümayəndəsi 74 yaşını qeyd edir

02 Noyabr 2025
5
Manşet

VƏKİLDƏN maraqlı İZAH – “Soyuq silah” hansı cinayət məsuliyyətidir?

01 Noyabr 2025
56
Manşet

DTA tabeliyindəki qoruq və müəssisələrdəki yeniliklər təqdim olunub

31 Oktyabr 2025
79

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.