• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Siyasət

Azərbaycan Fransanı dəfələrlə siyasi arenada məğlubiyyətə uğradıb…

25.02.2024 - 0:16
A A
0
SHARES
4
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Azərbaycanın öz torpaqlarını işğaldan azad edib, ərazisində separatçıların kökünü kəsməsinin şokundan ayıla bilməyən Fransa ölkəmizə qarşı təxribatlarını, əsassız ittihamlarını davam etdirir.

30 il torpaqlarımızı işğalda saxlayan, Ermənistana dəstək göstərən, ATƏT-in həmsədri kimi Ermənistanın işğalçılığını legitimləşdirmək istəyən Fransa Cənubi Qafqaz regionunda Azərbaycanın yaratdığı reallığı gəbul edə bilmir.

Ermənistanın Baş Naziri Paşinyanın Fransaya bu dəfəki səfəri təsadüfi deyildi. Münhen Təhlükəsizlik Konfransında Azərbaycanın siyasi uğurundan, dünya ölkələrinin, hökumət və dövlət başçılarının Prezident cənab İlham Əliyevə böyük hörmət və ehtiram göstərmələrindən narahat olan Makron Paşinyanı Fransaya dəvət etdi.

Makron-Paşinyan cütlüyünün Azərbaycana qarşı bəyanatları bu dövlətlərin ölkəmizə qarşı təxribatıdır. Qarabağı könüllü şəkildə, öz arzuları ilə tərk edən ermənilərin hüquq və azadlıqlarından danışan, güya onların zorla qovulması və geri qayıtmalarına şans yaradılması barədə Makron əsassız, riyakar bəyanat səsləndirdi. Əslində Qarabağdakı ermənilərə ən böyük şansı məhz Prezident cənab İlham Əliyev vermişdir.

Ölkə başçımız dəfələrlə vurğulamışdır ki, Qarabağdakı erməniəsilli vətəndaşlar Azərbaycan cəmiyyətinə inteqrasiya olunub, Azərbaycan qanunlarını və Azərbaycan vətəndaşlığını qəbul edib ölkəmizdə yaşaya bilərlər.

Ermənilər Qarabağdakı separatçıların və Qərbdəki havadarlarının təzyiqi ilə oradan çıxıblar. Əgər Makronu insan haqları bu gədər düşündürürsə, niyə Ermənistan ərazisindən, öz gədim yurd yerlərindən qovulan 100-minlərlə azərbaycanlıların doğma evlərinə dönmələri haqqında, azərbaycanlıların Qarabağdan qoyulmasından, işğaldan azad edilən ərazilərdə tapılan kütləvi şəkildə basdırılan azərbaycanlıların hüquqlarından, erməni vəhşiliyindən danışmır? Bu Makronun ikiüzlüyünün, riyakarlığının nümunəsidir.
Əslində Makronun hərəkətləri ermənilərə olan sevgisindən irəli gəlmir.

Fransa Ermənistanı alətə çevirməklə regionda güc mərkəzinə çevrilən Azərbaycan-Türkiyə birliyinə təsir etmək, regionda öz nüfuzunu artırmaq istəyir.
Fransa dövləti ayaq basdığı ərazilərə ancaq müharibə, savaş gətirir.

Azərbaycan dünyada artıq nüfuzunu itirmiş Fransanı dəfələrlə siyasi arenada məğlubiyyətə uğradıb. Makron sonda məğlub olacağını anlayıb Cənubi Qafqazdan geri çəkiləcək və Ermənistanı meydanda tək qoyacaq. Bu dövlət hər zaman öz maraqları naminə dost və müttəfiq saydığı dövlətləri qurban verib. Ermənistan rəhbərliyi başa düşməlidir ki, dövlət kimi yaşamaları və inkişafları regiondakı güclü Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmaqdan keçir.

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

 

BAŞ REDAKTOR: BÜNYAMİN ÇİNGİZOĞLU 

RESPUBLİKAİNFO.COM 

XƏBƏR LENTİ

Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
31
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
94
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2
Cəmiyyət

Neftçalada hesabat yığıncağı keçirilib

30 Yanvar 2026
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.