• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
21 Yanvar, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Siyasət

Azərbaycan bölgədə sülhün, əmin-amanlığın bərpa edilməsi üçün böyük səy göstərir

14.10.2023 - 16:23
A A
0
SHARES
5
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Mədəniyyət paytaxtımız Şuşa şəhəri son vaxtlar nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilmişdir. Şuşa şəhərinə gələn dünyanın nüfuzlu ictimai siyasi xadimləri ermənilərin törətdiyi vandalizmi öz gözləri ilə görür, eləcə də yenidən qurulan Şuşa ilə yaxından tanış olurlar. 10 oktyabr tarixində Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirildi.
Prezident cənab İlham Əliyev tədbirə ünvanladığı məktubda işğaldan azad edilmiş torpaqlarımızda geniş miqyaslı yenidənqurma və bərpa işləri, Azərbaycanın regionda sülhün yaranması üçün böyük təşəbbüslər göstərməsi, eləcə də Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşən Azərbaycanda bu sahədə aparılan böyük infrastruktur layihələrin reallaşdırılması barədə məlumat verdi. Azərbaycan üzv olduğu bütün beynəlxalq təşkilatların, o cümlədən İƏT nın ən fəal ölkələrindən biridir. İƏT Cənubi Qafqaz bölgəsinin iqtisadi potensialından səmərəli istifadə, region dövlətləri arasında iqtisadi, nəqliyyat və ticarət sahəsində əlaqələrin inkişaf etdirilməsinə töhfə verə biləcək imkanlara malikdir. Ölkəmiz İƏT ilə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə tərəfdardır. Təşkilat da iqtisadi sahədə böyük uğurlar qazanan Azərbaycanla əməkdaşlıq etməyə böyük maraq göstərir. Şuşa şəhərinin 2026- cı il üçün İƏT nın turizm paytaxtı elan edilməsi əlamətdar hadisədir.
Azərbaycan 30 illik işğala son qoyaraq torpaqlarımızı işğaldan azad etdi. Prezident cənab İlham Əliyevin qətiyyətli, prinsipial və uzaqgörən siyasəti nəticəsində ərazi bütövlüyümüzü və suverenliyimizi tam bərpa etdik. Bu gün Azərbaycan bölgədə sülhün, əmin-amanlığın bərpa edilməsi üçün böyük səy göstərir. Regional məsələlərin bilavasitə region ölkələrinin iştirakı ilə həll edilməsi ən optimal variant olduğundan Prezident cənab İlham Əliyev 3+3 əməkdaşlıq formatının yaradılmasını irəli sürmüşdür. Bu formatın reallaşdırılması üçün əlverişli tarixi şərait yaranmış, bölgədə sülhün bərqərar olmasına böyük töhfə verə bilər.
Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat qovşağının mərkəzində yerləşir. Azərbaycan dövlətinin təşəbbüsü ilə inşa edilmiş Bakı-Tbilisi-Qars dəmiryol xətti şərqdən qərbə daşınan yüklərin zaman etibarı ilə tez çatdırılması ilə yanaşı iqtisadi səmərəsi də əhəmiyyətlidir.
Azərbaycan dövləti İran İslam Respublikası ilə İran ərazisindən keçməklə Naxçıvana avtomobil və dəmiryolunun çəkilməsi barədə razılığa gəlib. Azərbaycan Şimal – Cənub Nəqliyyat Dəhlizinin də ötürücülük qabiliyyətinin genişləndirilməsi üzərində fəal çalışır. Azərbaycan etibarlı tərəfdaş ölkə olaraq bütün nəqliyyat loqistika infrastrukturunun qapılarının İƏT ölkələri üçün tam açıq olduğunu bəyan etmişdir. Prezident cənab İlham Əliyevin apardığı siyasət Azərbaycanla yanaşı bütün dövlətlərin iqtisadi cəhətdən inkişaf etməsinə yönəlmişdir.

Kamilə Əliyeva
Milli Məclisin deputatı, professor

RESPUBLİKAİNFO.COM

XƏBƏR LENTİ

Mədəniyyət

Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə pərəstişkarlarını sevindirəcək

19 Yanvar 2026
7
Cəmiyyət

“Nazlı Ana” Xeyriyyə Təşkilatı fəaliyyətə başladı – FOTOLAR

11 Yanvar 2026
12
Cəmiyyət

Politoloq Samir Hümbətov mükafata layiq görülüb

04 Yanvar 2026
9
Cəmiyyət

Elçin Tağıyev: Goranboy RİH-nin ayırdığı 66 600 manat vəsait hara xərclənib

31 Dekabr 2025
14
Cəmiyyət

“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir

30 Dekabr 2025
1
Cəmiyyət

“İrəvan və İrəvanlılar” mövzusunda dəyirmi masa təşkil olundu

30 Dekabr 2025
11

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.