Respublikainfo.com xəbər saytı olaraq ölkədə və dünyada baş verən mühüm xəbərləri obyektiv şəkildə yayımlamaqla yanaşı vətəndaş şikayətlərini də media vasitəsilə işıqlandırırıq. Növbəti şikayət isə Xaçmaz rayonunun Fərzəlioba və İdrisoba kənd sakinləri tərəfindəndir.
Bildirmək istərdik ki, sözügedən kəndlərin sakinləri Respublikainfo.com Media Qrupuna rəsmi olaraq vətəndaş şikayəti ilə müraciət ediblər.
Eyni zamanda da Fərzəlioba və İdrisoba kəndlərinin bir qrup sakini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Məmmədov Saleh Ərşad oğluna media vasitəsilə açıq müraciət ünvanlayıb.
Həmin müraciəti sizə təqdim edirik:
Azərbaycan respublikası Xaçmaz rayon Fərzəlioba İdrisoba kənd sakinləri adından Azərbaycan Respublikası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Məmmədov Saleh Ərşad oğluna
AÇIQ MÜRACİƏT
Hörmətli Saleh müəllim!Yazıb sizdən xahiş edirik ki, müraciətimizi xüsusi nəzarətinizə götürəsiniz!
Bildirmək istəyirik ki, Xaçmaz rayon Fərzəlioba və İdrisoba kəndlərində infrastruktur və kommunikasiya xətləri demək olar ki, yox səviyyəsindədir. Xudat şəhəri ilə birləşən 3 km yol bərbad vəziyyətdədir. Nəzərinizə çatdırmaq istəyirik ki, bu iki kənddə ümumilikdə 200 – dən çox təsərrüfat var. Kəndlərimizin yolları illərdir ki, olduqca bərbad olaraq qalır. Xahişim budur ki, yaşayış yeri üçün ən mühüm faktorlardan biri olan yol problemimizi həlli istiqamətində bizə yardımçı olasınız! Sizə böyük ümidvarlıqla bu müraciətimizi ünvanlayırıq. İnanırıq ki, kəndlərimizin yol problemi sizin rəhbərliyinizlə öz həllini tapacaqdır.
Onu da qeyd edək ki, bütün bu çatışmazlıqlar və problemlərlə bağlı Xaçmaz rayon İcra hakimiyyətinin məsul şəxslərinə dəfələrlə müraciət etmişik. Səyyar görüşlərdə bu haqda məlumat vermişik. Hər dəfə də bizə problemlərin həlli ilə bağlı vədlər verilsə də lakin verilən vədlərə əməl olunmayıb. Bütün müraciətlərimiz nəticəsiz qalıb.
Sizdən xahiş edirik ki, sadalanan problemlərimizin tezliklə həllini tapmasında bizə köməklik göstərəsiniz! Ümidvarıq ki, bu müraciətimizi nəzarətinizə götürəcəksiniz!
Hörmətlə: Fərzəlioba və İdrisoba kənd sakinləri…
Müraciəti yazan kənd sakini: Bayramova Ülkər Xantəmir qızı
Əlaqə nömrəsi: 055 702 75 20
Yeri gəlmişkən həmin kəndlərin sakinləri 2 il əvvəl də media vasitəsilə kəndin problemləri ilə bağlı aidiyyatı dövlət qurumlarından kömək istəmişdi. Həmin videonu da təqdim edirik:
Mövzunu diqqətdə saxlayacağıq…
Media haqqında qanuna uyğun olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq…
Baş redaktor: Bünyamin Bünyadzadə Respublikainfo.com