• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
21 Yanvar, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Analitika

Avropa Şurası Parlament Assambleyasının qərəzli davranışı ilə əlaqədar – professordan ŞƏRH

29.01.2024 - 17:50
A A
0
SHARES
8
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş
Məlum olduğu kimi artıq Azərbaycan Avropa Şurası Parlament Assambleyasındakı nümayəndəliyinin fəaliyyətini dayandırıb. Bu qərar vaxtında verilmiş və tamamilə düzgün bir qərardır.

Müstəqil, suveren, demokratik və multikultural bir dövlət olan Azərbaycan Respublikası Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti dövründə qaldırılan məsələlərlə bağlı hər zaman ədalətli mövqe sərgiləyib. Amma təəssüf ki, ölkəmizin sözügedən təşkilata 23 illik üzvlük dövrünün təcrübəsi birmənalı olaraq bunu deməyə əsas verir ki, AŞPA heç zaman ölkəmizin ərazi bütövlüyünün, vətəndaşlarımızın Ermənistan tərəfindən pozulmuş hüquqlarının bərpasının müdafiəsinə qalxmayıb. Azərbaycan dəfələrlə Ermənistanın təcavüz siyasəti ilə əlaqədar addımların atılmasını tələb etsə də, Assambleya işğal faktorunun onların predmeti olmadığını qeyd edib, yalnız ara-sıra bir neçə bəyanat verməklə kifayətlənib. Halbuki, işğal faktına görə ən azından Ermənistanın səs hüququ əlindən alına bilərdi.

Ölkəmizin təkbaşına beynəlxalq hüququn normalarına uyğun olaraq, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edən qərbdəki anti-Azərbaycan qüvvələrinin xoşuna gəlməyib. İndiyənə kimi Avropa Şurası Parlament Assambleyası missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub. AŞPA məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazisini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib. Qarabağın işğal faktına kor olmuş qurum indi Qarabağdan könüllü olaraq köçüb getmiş ermənilərə görə faktiki olaraq saxtakar bir davranış sərgiləyir. Bir sözlə ədalətin təmin olunması AŞPA-nı ciddi narahat edib. Qarşısına qoyduğu hədəflərdən tam kənara çıxaraq ayrı-ayrı fərdlərin təsiri altında qərəzli davranışlarına davam edən və Azərbaycanın qələbəsindən narahatlığını açıq şəkildə ifadə edən  AŞPA  ölkəmizə qarşı total hücuma keçib. AŞPA-nın Azərbaycana qarşı son təxribatı isə  bu qurumun islamofob  mahiyyətini  bir  daha üzə çıxarıb.

Avropa Şurası Parlament Assambleyasının qış yarım-sessiyasının açılış günündə AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələrinin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı qalmaqallı təşəbbüs formal olaraq Almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu bilinən faktdır. Bununla əlaqədar Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimiz düzgün qərar verərək Azərbaycanla bağlı məsələ səsverməyə çıxarılmadan öncə ölkəmizə qarşı haqsız demarşa cavab bəyanatı səsləndirərək AŞPA binasını tərk etmiş və qurumda öz fəaliyyətini qeyri-müəyyən müddətə dayandırmışdır. Əlbəttə ki, Azərbaycanın Avropa Şurası Parlament Assambleyasında iştirakını dayandırması bu quruma qarşı qlobal etimadsızlıq mühitini daha da gücləndirəcəkdir.
Bəli,  ikilistandartlı və qərəzli Qərb təsisatlarının ölkəmizə qarşı bütün məkrli planları iflasa uğrayacaq  və Azərbaycan milli maraqlarına təhdid olan bütün qüvvələrə qarşı layiqli mübarizə aparacaqdır.

Orucəli Rzayev riyaziyyat elmləri doktoru, professor, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü

Baş redaktor: BÜNYAMİN BÜNYADZADƏ 

RESPUBLİKAİNFO.COM 

 

 

XƏBƏR LENTİ

Mədəniyyət

Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə pərəstişkarlarını sevindirəcək

19 Yanvar 2026
7
Cəmiyyət

“Nazlı Ana” Xeyriyyə Təşkilatı fəaliyyətə başladı – FOTOLAR

11 Yanvar 2026
12
Cəmiyyət

Politoloq Samir Hümbətov mükafata layiq görülüb

04 Yanvar 2026
9
Cəmiyyət

Elçin Tağıyev: Goranboy RİH-nin ayırdığı 66 600 manat vəsait hara xərclənib

31 Dekabr 2025
14
Cəmiyyət

“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir

30 Dekabr 2025
1
Cəmiyyət

“İrəvan və İrəvanlılar” mövzusunda dəyirmi masa təşkil olundu

30 Dekabr 2025
11

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.