Rusiya baş nazirinin müavini Aleksey Overçuk yerli mətbuata verdiyi müsahibədə deyib ki, Azərbaycan ən qısa zamanda Naxçıvanla birbaşa və rahat nəqliyyat əlaqəsi yaratmağa çalışır.
Tərəflərdən heç biri şübhə etmir ki, bu yolun ayrı-ayrı hissələri onların ərazisində yerləşdiyi ölkənin yurisdiksiyasında olacaq. Belə ki, bu yola münasibətdə istər Azərbaycanda, istərsə də Ermənistanda yerli qanunvericilik tətbiq olunacaq. Bundan əlavə, dəmir yolunun İran və Türkiyəyə doğru uzanacağı göz qabağındadır ki, bu da onu Avrasiyanın ən mühüm nəqliyyat marşrutlarından birinə çevirəcək. İndiki şəraitdə Azərbaycanın Naxçıvanla birbaşa nəqliyyat yarada bilməməsinin əsas səbəbi nədir? Naxçıvanla birbaşa nəqliyyatın əldə edilməsi Zəngəzur dəhlizinin tezliklə açılmasına zəmin yaradacaqmı? Bu mövzu ilə bağlı Respublikainfo.com millət vəkili Nəsib Məhəmməliyevin Visiontv.az saytına siyasi şərhi:
“Rusiya Baş nazirinin müavini Overçukun bəyanatı ilə bağlı onu deyə bilərəm ki, Zəngəzur dəhlizinin açılması hal – hazırki vəziyyətdə bütün tərəfləri qane edir. İlk növbədə Rusiyanın Türkiyəyə və Yaxın şərq bazarlarına çıxışı üçün böyük bir zəmin yaratmış olur. Zəngəzur dəhlizində ilk növbədə dəmiryolunun açılması olduqca əhəmiyyətli layihədir. Burada Overçukun bu barədə ilk dəfə fikir səsləndirməsinə diqqəti çəkmək istərdim. Həmin dəmir yolu xətti hansı ölkənin ərazisindən keçirsə, o ölkənin də milli qanunvericiliyinə uyğun olaraq fəaliyyət olacaqdır. Bu normaldır. Burada pərdəarxası məqam ondan ibarətdir ki, xatırlayırsınızsa, Brüssel görüşündə Avropa İttifaqı Prezidenti Şarl Mişel bəyan etmişdi ki, Zəngəzur dəhlizinin açılması üçün Ümumdünya gömrük təşkilatının mütəxəssislərinin yardımı və köməyi ola bilər. Bu isə o deməkdir ki, 10 noyabr 2020 – ci il razılaşmasında dəhlizə nəzarəti həyata keçirən Rusiya olmalı idi.
Təbii ki, Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda isə bu Rusiyanın proteksiyasından çıxarılmış olur. Dəhlizin Azərbaycan tərəfinə Azərbaycan hökuməti tərəfindən nəzarət olunacaq. Eyniylə də dəhlizin Ermənistan ərazisinə də Ermənistan nəzarət edəcəkdir. Bu nəzarətə kömək olaraq da Ümumdünya gömrük təşkilatı da prosesə cəlb olunur. İndi isə Oveçuk onu deyir ki, tərəflər arasındakı 30 illik düşmənçilik münasibətlərini nəzərə alaraq, vasitəsi rolunu Rusiya oynayacaqdır. Avropa İttifaqı ilə Rusiya arasında fərq bundan ibarətdi. Bu daha qlobal mənada o deməkdir ki, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında çox ciddi geosiyasi mübarizə gedir.
Başqa bir tərəfdən isə hazırda bu istiqamətdə işlər aparılsa da Avropa İttifaqı ilə Rusiya arasında danışıqlar formatındakı müəyyən fərqlərə görə dəhlizin açılması ləngidilir. Təbii ki, bölgədə rus sülhməramlılarının gələcəkdə fəaliyyətinin uzadılması, 2025 – ci ildən sonra da Qarabağda qalması məsələsi var. Yəni, Rusiyanın ənənəvi siyasətinin Qafqazda davam etdirilməsi məsələləri təbii ki, dəhlizin açılmasına maneə olan məsələlərdəndir.
Bütün bunlara baxmayaraq hesab edirəm ki, dəhlizin açılması istiqamətində addım – addım iş aparılır. Yaxın gələcəkdə biz Zəngəzur dəhlizinin açılmasını görəcəyik. Çünki, bu günlərdə Türkiyənin Nəqliyyat naziri də Horadiz – Ağbənd dəmiryolunun tikintisi ilə bağlı fikir səsləndirmişdi. Düşünürəm ki, bu layihə yaxın zamanlarda öz həllini tapacaqdır.”
Baş redaktor : Bünyamin Bünyadzadə
RESPUBLİKAİNFO.COM