Dostumuz Mansur Yavaş 2024-cü il Bələdiyyə Seçkilərində yenidən Ankara şəhərindən namizədliyini irəli sürüb. Daha çox yarımçıq qalan işləri tamamlamaq, eyni zamanda 2024-cü ildən 2029-cu ilə qədər olan sürəcdə planlaşdırılan bir çox yeni layihəri həyata keçirməkdən ötrü onun bu seçimi qazanması çox vacibdir.
Başqan Mansur Yavaşa seçkidə uğurlar arzu edirik və Ankara sakini Türkiyə vətəndaşı olan azərbaycanlıları ən doğru seçim kimi Mansur Yavaşa dəstək verməyə, ona səs verməyə çağırırıq.
Ankaralılara və Ankarada yaşayan AZƏRBAYCANLILARA səslənirəm: unutmayaq ki, Ankara, ümumilikdə hər bir TÜRKSOYLUnun başkəndidir!
İndi ən vacib sual budur: Ankaralılar MANSUR YAVAŞA niyə səs verməlidirlər?
“Az söz, çox iş” şüarı ilə illər öncə Ankara Böyükşəhər Bələdiyyə Başqanlığında fəaliyyətə başlayan Mansur Yavaş bu gün hər bir ankaralının qəlbində taxt qurub desək, yalan olmaz.
İşə başlayar-başlamaz idarəetmədə şəffaflığı, hesabatlılığı və təşəbbüskarlığı ön planda tutan Başqan Yavaş üçün ən önəmli məsələ Ankara sakini olan hər bir fərdin hüzurlu və ləyaqətli yaşam standartına nail olmaqdır.
Vətəndaş məmnunluğu Mansur Yavaş rəhbərliyindəki Ankara Böyükşəhər Bələdiyyəsinin həyata keçirdiyi bütün layihələrdə ana xətt kimi keçir.
Mansur Yavaş Ankara şəhərinin rəhbəri seçiləndən bəri şəhərdə vətəndaşların işgüzarlığını artıran, məşğulluğu stimullaşdıran bir çox layihələr həyata keçirilir, aztəminatlı əhalinin qayğısına qalan qidalanma, geyim yardım-mərkəzləri yaradılıb, paytaxt sakinlərinə daha uçuz qida və ərzaq satan Başkənt Marketlər Şəbəkəsi qurulub, iri biznes sahibləri, istehsalçılar üçün xeyli sayda sənayə parkları yaradılıb və buna bənzər saysız-hesabsız yeniliklər bu gün də davam etməkdədir.
Bilirsiz ki, Ankara həm də çoxmillətli bir meqapolisdir. Sirr deyil ki, hazırda onminlərlə azərbaycanlı da qardaş Türkiyə paytaxtının həmişəlik sakininə çevrilib. Mütəmadi əlaqələrimizin olduğu soydaşlarımız, orada təhsil alan tələbələrimizlə söhbətlərdə Mansur Yavaş idarəçiliyində Ankaranın çox təmiz, yaşıl çevrəsi bol, ekoloji təmiz, hər mənada inkişaf edən və böyüyən, yaşamaq üçün çox rahat bir şəhərə çevrilməsindən ağız dolusu danışırlar.
Bizim ən çox diqqətimizi çəkən isə, məsələn, “ANKARA KENT KONSEYİ” – unikallığı ilə seçilən bir sosial layihədir. Bizim danışdığımız türkcəyə çevirsək, bunu “ANKARA ŞƏHƏR ŞURASI” da adlandırmaq olar.
Mansur Yavaş bu layihə ilə, istisnasız, Ankara sakini olan hər bir vətəndaşı şəhər idarəetməsində, bir növ, təşəbbüskarlığa cəlb edib. Din, dil, irq, etnik mənsubiyyət, həyat tərzi, ictimai və siyasi dünya görüşündən asılı olmayaraq, eyni şəhərin küçələrində addımlayan hər kəsin paytaxtın idarəçiliyində bərabər şəkildə iştirakının təmin olunduğu Ankara Kent Konseyi bir gün Azərbaycanın böyük şəhərləri, eləcə də paytaxt Bakı üçün də xarakterik ola bilər.
Xalqın hər zümrəsinin şəhər idarəetməsində təmsilçiliyi ənənəsinin yaradılması şəhərdə insanların bir-birilə münasibətlərdə yadlaşma ehtimallarını sıfıra endirir, hər kəsin əl-ələ verib yaşadığı məkanları daha da inkişaf etdirməsinə vəsilə olur. Bu mənada kollektivçilik ruhu və əməyi nəinki bir şəhərdə, eyni zamanda bütöv bir ölkədə tərəqqinin önəmli müəyyənedici elementinə çevrilir. Əslində, Mansur Yavaş ortaya qoyduğu bu təşəbbüskarlıq nümunəsi, bu layihələrlə təkcə Ankara üçün yox, Türkiyənin digər yerli özünüidarəetmə və bələdiyyə qurumları üçün də örnəkdir.
Mansur Yavaşın fəaliyyətində başqa bir önəmli cəhət onun, xüsusilə gənclərin, tələbələrin yaxın dostu olmasıdır. Tələbə Dostu Şəhər ideyası da bu mənada göydən düşməyib. Gənclərin və tələbələrin müxltəlif məsələlərlə bağlı tədbirlərində iştirak etməkdən heç vaxt qaçmayan bir bələdiyyə Başqanı nümunəsi yaradan Mansur Yavaş Ankaraya rəhbər seçiləndən bəri gənclərin və tələbələrin həyatını asanlaşdırmaq, onlara hər şəraitdə dəstək olmaq üçün xeyli sayda faydalı layihələr həyata keçirib və keçirməkdədir.
Tələbələr üçün sudan istifadəyə görə hesablanan qəbzlərdə 50 faizlik endirim, ictimai nəqliyyatdan istifadədə illik güzəştli abunə kartı, tələbələr üçün güzəştli paltaryuma mərkəzləri, hər səhər isti şorba kimi bir çox xidmətlər göstərən Ankara Böyükşəhər Bələdiyyəsi (ABB) artıq xeyli vaxtdır gündəlik 4 çeşid qidalanma da həyata keçirir. Bundan başqa, ABB məhəllələrdə internetə əlçatanlığı olmayan tələbələr üçün küçələrdə quraşdırılmış internet modemlərindən pulsuz istifadə imkanları da yaradıb. Bütün bunlar Mansur Yavaşın başqanı olduğu şəhərdə gənc adamlar üçün elədiklərinin, sadəcə, bir hissəsidir, xidmətləri sadalamaqla bitməz.
Uzun sözün qısası, Mansur Yavaş gerçəkdən bir şəhərin rəhbəri, böyük bir bələdiyyə qurumunun başqanı necə olmalıdır – onun tarixini yazır, həm də gözlə görünən, yaddaşlarda iz buraxan tarixini.
#mansuryavaş,#ankara
MÜƏLLİF: ANAR ƏSƏDLİ
Respublikainfo.com Media Qrupun baş direktoru : Bünyamin Çingizoğlu