İnsan həyatı, onun sağlamlığı bəşəriyyəti düşündürən əsas məsələlərdən biri olub. Xəstəliklərin müxtəlif fəsadlar törətməsi bəzən gözlənilməz nəticələrə gətirib çıxarır. Hippokrat andına sədaqətini fəaliyyətində nümayiş etdirən, insanlara daim şəfa verən, ailələri övlad sevinci ilə xoşbəxt edən həkimlərdən biri də həkim- narkoloq QALİB MƏMMƏDOVDUR.
Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Xalqın müqəddəs saydığı, inanıb etibar etdiyi həkim adını daşımaq olduqca şərəfli və məsuliyyətlidir.
Həkimlik sənətinin özünəməxsus bir sıra qanun-qaydaları vardır. Həkim öz davranışı, şəxsiyyəti, təfəkkürü, dünyagörüşü və insanlarla münasibəti ilə başqalarından fərqlənməli, özünə inam yaratmağı bacarmalıdır. Bütün bunlar həkimlik etikasının əsasını təşkil edir. Əsl həkim hərtərəfli hazırlıqlı, yaradıcı təfəkkürlü, dövrünün tələbləri səviyyəsində durmağı bacaran, sadə, alicənab, müdrik, xeyirxah və işgüzar xarakterə malik olmalıdır.
İnsanda inam hissi olmasa, həkimin müalicəsinə şübhə yarana bilər. Həkimə inam hissi olmadıqda onun həyata keçirdiyi bütün müalicə tədbiləri səmərəsiz olur. Əslində, inam həkimlik sənətində ən dəyərli, faydalı vasitədir.
DƏYƏRLİ ZİYALI, ALİCƏNAB İNSAN QALİB DOKTORA İŞİNDƏ VƏ ŞƏXSİ HƏYATINDA UĞURLAR ARZU EDİRİK.
RESPUBLİKAİNFO.COM
Baş redaktor: BÜNYAMİN BÜNYADZADƏ