Respublikainfo.com Media Qrupu növbəti siyasi məqaləni təqdim edir:
ABŞ – nin Cənubi Qafqaz siyasətinə nəzər saldıqda bütövlükdə onu Vaşinqtonun Avrasiya məkanı ilə bağlı həyata keçirdiyi strategiyanın vacib elementlərindən biri kimi qəbul etmək olar. Xüsusilə, bu siyasətin tarixi fonu, özündə ehtiva edən vacib məqamlar belə düşünməyimizə əsas verir.
Bütün bunlarla bərabər, onu da qeyd edək ki, Cənubi Qafqazı ABŞ – nin həyati maraqlarına daxil olan region kimi deyil, ciddi geosiyasi, geoiqtisadi, təhlükəsizlik maraqlarının olduğu bölgə kimi xarakterizə edə bilərik. Məsələn, Cənubi Qafqaz Birləşmiş Ştatların geostrategiyasında Avropa, Yaxın Şərq və yaxud, uzaq Şərqi Asiya kimi həyati əhəmiyyət daşımır, ancaq bununla belə, qeyd etdiyimiz kimi Vaşinqtonun bölgə ilə bağlı vacib maraqları var.
ABŞ – nin Cənubi Qafqazda ciddi maraqlarının formalaşmasını şərtləndirən əsas amillər regionun coğrafi yerləşməsi, geostrateji mövqeyi və malik olduğu zəngin enerji ehtiyatlarıdır. Bu amilləri nəzərə alaraq Birləşmiş Ştatlar son otuz ildə regionla bağlı prioritetlərini belə müəyyənləşdirmişdir : təhlükəsizlik, enerji və islahatlar.
1990 – cı illərin əvvəllərindən günümüzə kimi dəyişən Ağ Ev Administrasiyalarının regionla bağlı siyasətində məhz bu prioritetlər üstünlük təşkil edib. Vaşinqtonda belə bir qənaət formalaşıb ki, Cənubi Qafqaz dövlətləri ilə hər üç sahədə əməkdaşlığın dərinləşdirilməsi ABŞ- nin və bütövlükdə Qərbin regionda geostrateji maraqlarının təmin edilməsi baxımından əlverişli mühit yaradır.ABŞ C.Qafqazda yürütmək istədiyi və həyata keçirdiyi siyasətində Ermənistan üçün də xüsusi yer ayırıb, ABŞ və Ermənistan əlaqələrinin sadəcə C.Qafqaz siyasətində deyil hətta daha əvvəldə bir yerde olduğunu demək olar.
Belə ki,ABŞ və Ermənistan münasibət 1992-ci ildə ABŞ Sovet İttifaqının dağılmasından qısa müddət sonra Ermənistanla diplomatik əlaqələr qurur. ABŞ Ermənistanla qarşılıqlı hörmət və ortaq maraqlara söykənən münasibətlərini yüksək qiymətləndirir. ABŞ siyasəti Ermənistanda demokratik təsisatların daha da inkişaf etdirilməsinə, insan haqlarına və qanunun aliliyinə hörmətlə yanaşı iqtisadi qurumlara da yönəldilmişdir.
ABŞ iqtisadi böyüməni, səhiyyə və sosial xidmətləri təmin etmək üçün Ermənistan iqtisadiyyatına investisiya yatırır. İki ölkə yoxsulluğun azaldılmasını, ticarəti və investisiyaları genişləndirmək üçün çalışırlar. ABŞ Ermənistanın Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək, Azərbaycan və Türkiyə ilə sərhədləri açmaq və regional sabitliyi təmin etmək səylərini dəstəkləyir.
Erməni lobbisi 1990-cı illərdə Amerika administrasiyası tərəfindən Ermənistanı dəstəkləmək üçün bir sıra qərarların qəbul edilməsinə, o cümlədən İrəvana xeyli vəsait ayrılmasına nail ola bilən ABŞ-nin Zaqafqaziya siyasətinə böyük təsir göstərir. Məsələn: 2000-ci ildə ABŞ-dən Ermənistana maliyyə yardımı 102,4 milyon dollar təşkil etmişdir.2012 və ya 2013-cü illərdə Amerika Birləşmiş Ştatları və Ermənistan ilk dəfə birgə hərbi təlim keçirməyi planlaşdırmışdırı. Bu müddət ərzində erməni əsgərləri çoxmillətli sülhməramlı əməliyyatlara hazırlanacaqlar.
Azərbaycan Universiteti, İctimai Elmlər fakültəsi
Ləman Həsənova.