• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
16 Fevral, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

ABŞ-ın Azərbaycana qarşı riyakar siyasəti yolverilməzdir

06.10.2024 - 23:11
A A
0
SHARES
18
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com Media Qrupu  millət vəkili GÜNAY AĞAMALININ YAZISINI TƏQDİM EDİR:

 

Bir neçə gün öncə Cəbrayıl şəhərində keçmiş məcburi köçkünlərlə görüşdə çıxış edən cənab Prezident İlham Əliyev Amerika Konqresinin 60 ermənipərəst üzvünün Azərbaycana növbəti sanksiyalar tətbiq etmək üçün hökumətə ünvanladığı qərəzli və sərsəm məktubuna kəskin münasibətini bildirdi.

Dövlət rəhbərimiz konkret faktlar əsasında sözügedən məktubu rəsmi Vaşinqtonun ölkəmizə yönələn növbəti ikiüzlü və düşmənçilik mövqeyi kimi qiymətləndirdi.

44 günlük Vətən Müharibəsindən sonra regionda təsir imkanları məhdudlaşan bəzi Qərb dövlətləri, xüsusilə ABŞ və Fransa bölgədə yenidən fəallaşmaq niyyətindədirlər. Lakin Azərbaycanın regionda yaratdığı yeni geopolitik reallıqlar fonunda bunun mümkün olmadığını görən ABŞ və onun bəzi Qərb müttəfiqləri öz məqsədlərinə çatmaq üçün çirkin əməllərə əl atmaqdan belə çəkinmirlər.

Azərbaycan hər zaman olduğu kimi, indi də qlobal çağırışlara cavab vermək və regional sabitliyi təmin etmək məqsədilə fəal və konstruktiv əməkdaşlıq konsepsiyasını irəli sürür. Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələr, xüsusilə qlobal iqlim dəyişikliyi istiqamətində səmərəli fəaliyyəti onun dünyada etibarlı tərəfdaş olduğunun göstəricisidir.

Təəssüf ki, son illər ABŞ-ın Azərbaycana qarşı qərəzli münasibəti normal əməkdaşlığımıza kölgə salır. Etiraf olunmalıdır ki, ABŞ Konqresinin düşmənçilik mövqeyi Ermənistanın işğalçı və revanşist siyasətinə yeni imkanlar yaradır.

Rəsmi Vaşinqton COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi edən Azərbaycanın rolunu düzgün qiymətləndirmir və beynəxalq səviyyədə ölkəmizə qarayaxma kompaniyasını davam etdirir.

Haqlı olaraq Vaşinqtonun destruktiv və ədalətsiz mövqeyinə Azərbaycan Respublikasının Milli Məclisi səviyyəsində kəskin qiymət verildi. Bir qrup deputatın imzası ilə ölkəmizin üzləşdiyi ikili standartları ifşa edən sərt münasibətdən ABŞ-ın rəsmi dairələri nəticə çıxarmalıdırlar.

Ağ Ev adminstratsiyası anlamalıdır ki, sülh və əməkdaşlıq üçün konstruktiv dialoq əsasında qurulan münasibətlər ədalətli və hər iki dövlətin maraqlarına uyğun olardı.

Günay Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.

06 Oktyabr 2024-cü il

 

Respublikainfo.com Media Qrupu 

Baş redaktor: Bünyamin Bünyadzadə 

XƏBƏR LENTİ

Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
23
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
36
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
98
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10
Seçmə

AYNA-nın “tender əməliyyatları” – 28,9 milyonluq satınalmada qaranlıq məqamlar

05 Fevral 2026
9
Cəmiyyət

Neftçalada Gənclər Günü qeyd olunub

31 Yanvar 2026
2

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.