• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
27 Yanvar, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Neftçalada Zəfər günü böyük coşqu ilə qeyd olundu

08.11.2025 - 22:48
A A
0
SHARES
2
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş
8 Noyabr 2025-ci il tarixdə Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Neftçala rayon üzrə nümayəndəliyinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümünə və 9 Noyabr – Bayraq Gününə həsr olunan dəyirmi masada görüş keçirilib.
Görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri,YAP Neftçala rayon təşkilatının sədri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsini, Şəhidlər Xatirə Kompleksini ziyarət ediblər önünə gül dəstələri düzüblər və onların əziz xatirəsini ehtiramla yad ediblər.
Ağacəkmə aksiyası keçirilib və aksiya zamanı müxtəlif növ ağaclar əkilərək aqrotexniki qulluq göstərilib.
Tədbirdə Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların xatirəsinin bir dəqiqəlik sükutla yad olunub və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxış edərək Zəfər Gününün 5-ci ildönümü və 9 Noyabr  Bayraq günü ilə əlaqədar təbriklərini çatdırıb. RİH-in başçısı qeyd edib ki, 8 Noyabr – Zəfər Günü xalqımızın tarixində əbədi qalacaq şanlı səhifədir. Bu Qələbə hər bir azərbaycanlının milli qürur, dövlət sevgisi və vətənpərvərlik hisslərinin ifadəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində misilsiz qəhrəmanlıq göstərərək torpaqlarımızı azad etdi və tariximizin ən parlaq səhifəsini yazdı. Bu gün biz həmin zəfərin işığında birliyimizi, dövlətçiliyimizi daha da möhkəmləndiririk.
9 Noyabr Bayraq Günü müstəqilliyimizin, suverenliyimizin və milli kimliyimizin rəmzidir. Bu dəyərlər xalqımızı gələcəyə inamla aparan mənəvi sütunlardır.
Çıxış edən Milli Məclisin deputatları – Tənzilə Rüstəmxanlı və Günay Ağamalı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid  Camal İsmayılovun anası Filarə İsmayılova ölkəmizin qazandığı Zəfərin təkcə hərbi deyil, həm də siyasi və mənəvi qələbə olduğunu bildiriblər. Onlar vurğulayıblar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti ərazi bütövlüyünü təmin etməklə tarixi ədaləti bərpa edib. Deputatlar həmçinin qeyd ediblər ki, bu gün azad olunmuş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri Zəfərin davamı kimi gələcəyə inam yaradır.
Neftçala Rayon İcra Hakimiyyətinin və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə  təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı Camal İsmayılov adına Neftçala Rayon Uşaq İncəsənət  Məktəbinin qarşısında 8 Noyabr- Zəfər Gününə həsr olunan “Zəfərin mübarək, Vətən!” adlı bədii-musiqili tədbir təşkil olunub.
Konsert proqramı Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açıq elan olunub.
Böyük izdiham və coşqu ilə keçirilən bayram konsertində Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərovun,  Respublikanın Əməkdar artistləri Səidə Şərifəliyevanın, Cahangir Qurbanovun, tanınmış və sevilən incəsənət nümayəndələri Əli Şahinin, Damla, Anar Yusubun, Mahmud Mahmudovun, Dürdanə Ələkbərovanın və digər musiqiçilərin ifasında vətənpərvərlik mövzularında şən və rəngarəng mahnılar səsləndirilib.
Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatıb.
1
1
1
1
1
1
1
1
1
1
1
1

XƏBƏR LENTİ

Cəmiyyət

Politoloq Samir Hümbətov tələbələri ilə Şəhidlər Xiyabanını ziyarət edib

22 Yanvar 2026
2
Mədəniyyət

Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə pərəstişkarlarını sevindirəcək

19 Yanvar 2026
10
Cəmiyyət

“Nazlı Ana” Xeyriyyə Təşkilatı fəaliyyətə başladı – FOTOLAR

11 Yanvar 2026
12
Cəmiyyət

Politoloq Samir Hümbətov mükafata layiq görülüb

04 Yanvar 2026
9
Cəmiyyət

Elçin Tağıyev: Goranboy RİH-nin ayırdığı 66 600 manat vəsait hara xərclənib

31 Dekabr 2025
14
Cəmiyyət

“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir

30 Dekabr 2025
1

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.