• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
27 Yanvar, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Ramiz Mehdiyevin xəyanət dosyesi – dövlət içində qurulan kölgə imperiyasının çöküşü

16.10.2025 - 21:10
A A
0
SHARES
35
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Prezident Administrasiyasının sabiq rəhbəri,AMEA-nın keçmiş prezidenti, akademik Ramiz Mehdiyev barəsində başlanmış cinayət işi və onun ev dustaqlığına məhkum edilməsi ölkədə geniş rezonans doğurub.

87 yaşlı Mehdiyevə irəli sürülmüş ittihamlar da kifayət qədər ciddidir – CM-in 274-cü maddəsi – dövlətə xəyanət, 278-ci maddə – hakimiyyəti zorla ələ keçirmə və 193-1-ci maddə – cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması.

Uzun illər ərzində Prezident Administrasiyasına rəhbərlik edən Ramiz Mehdiyev həm də siyasi elitanın formalaşmasında əsas fiqur kimi tanınırdı. Onun dövründə yüzlərlə kadr, onlarla nazir, deputat, rektor və səfir siyasi meydanda yer alıb, şöhrət, mövqe, var-dövlət qazanıblar. Bu gün həmin adamların çoxu sükut içindədir. Mehdiyevin həbs xəbəri yayıldıqdan sonra onun keçmiş komandası – PA-nın sabiq şöbə müdiri Əli Həsənov, keçmiş XİN rəhbəri Elmar Məmmədyarov, ləğv edilmiş MTN-in rəisi Eldar Mahmudov, keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev, sabiq spiker Oqtay Əsədov, keçmiş qərargah rəisi Nəcməddin Sadıkov və digərləri yenidən gündəmə gəlib.

Aydındır ki, Ramiz Mehdiyev təkbaşına dövlət çevrilişinə cəhd edə bilməzdi. İttihamda “hakimiyyəti zorla ələ keçirmə” ifadəsinin yer alması bu əməliyyatın arxasında ciddi şəbəkənin dayandığını göstərir.

Respublikainfo.com Musavat.com-a istinadən bildirir ki, məlumata görə, Ramiz Mehdiyevin həbsi SOCAR-ın sabiq vəzifəlisi Adnan Əhmədzadə işi ilə birbaşa bağlıdır. Adnan Əhmədzadənin istintaqa verdiyi ifadələr Azərbaycanın enerji təhlükəsizliyinə qarşı planlaşdırılan təxribatları üzə çıxarıb. Bu ssenarinin məqsədi ölkənin iqtisadi etibarlılığını zədələmək, Azərbaycanın Qərb tərəfdaşları qarşısında nüfuzuna zərbə vurmaq və ölkəni Rusiyanın sanksiyaları yarmaq oyununa alət kimi göstərmək idi. Məhz bu zəncirin bir həlqəsi kimi Ramiz Mehdiyevin adı hallanır. Onun uzun illər Rusiya elmi və siyasi çevrələri ilə yaxın münasibətləri, oğlu və gəlini vasitəsilə iqtisadi layihələrə təsir imkanları, “Bank BTB”nin idarəçiliyində ailə bağları artıq istintaq materiallarının bir hissəsidir. Bankın səhmlərinin 76,74 faizinə sahib olan Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir. Bank bu ilin ilk 9 ayında 641 min manat zərər edib, bu isə ötən illə müqayisədə 30 faiz artım deməkdir. Bu detal istintaqın toxunduğu “pulyuma” əməliyyatlarının maliyyə izi ola bilər.

Ekspertlər hesab edir ki, Ramiz Mehdiyevin həbsi ilə “beşinci kolon” adlandırılan, Rusiyanın maraqlarına işləyən daxili şəbəkənin ifşası mərhələsinə keçilib. Bu şəbəkə illərlə dövlət strukturlarında kök salmış, qərarverici postlarda oturmuş, informasiya axınını manipulyasiya etmişdi. Bu zəncirin ideoloji qoluna bir vaxtlar təbliğat rəhbəri kimi fəaliyyət göstərən Əli Həsənov, hərbi qoluna isə general Nəcməddin Sadıkov rəhbərlik edirdi.

Bəs istintaq sənədlərində həmin şəbəkənin üzvlərindən kimlərin adı olacaq?

Yeni yaradılan institutun direktoru Misir Mərdanov olacaq? | Modern.az

Misir Mərdanov

Keçmiş təhsil naziri Misir Mərdanov da başqa həbslərin gözləndiyini deyir. “Hər kəs onun kimlərlə yaxın əlaqəsinin olduğunu gözəl bilir. Onların da məsuliyyətə cəlb olunmasının vaxtı çatıb”, – deyə keçmiş nazir bildirib.

Ramiz Mehdiyevə qarşı bu cür ağır ittihamların irəli sürülməsi onun dövlət təltiflərinin də taleyini sual altına salıb. Qanunvericiliyə görə, dövlətə xəyanət və hakimiyyəti zorla ələ keçirmə kimi əməllərə görə verilmiş orden və medallar Prezidentin sərəncamı ilə geri alına bilər.

Aydın Mirzəzadə müxalifəti HƏDƏLƏDİ | Modern.az

Aydın Mirzəzadə

YAP-çı deputat Aydın Mirzəzadə məsələ ilə bağlı bildirib: “Əgər belə ittihamlar irəli sürülübsə, deməli, ciddi əsaslar var. Dünənki qərar göstərdi ki, Azərbaycanda toxunulmaz şəxs yoxdur. Hər kəs qanun qarşısında cavabdehdir”.

Deputat Elman Nəsirov vurğulayıb ki, istintaq müddətində daha çox detal üzə çıxacaq və əgər ittihamlar sübuta yetirilərsə, Mehdiyev YAP-dan xaric ediləcək: “Hakim partiyanın bu məsələlərdə mövqeyi bəllidir. Cinayət sübuta yetirilərsə, onun partiyada qalması mümkün deyil”.

Arif Rəhimzadə HARALARDADI… | Modern.az

Arif Rəhimzadə

YAP Veteranlar Şurasının sədri Arif Rəhimzadə də bildirib ki, Mehdiyevin artıq partiyada real fəaliyyəti yoxdur: “Bu məsələ olmasaydı belə, o, YAP-dan uzaqlaşdırılmalı idi. Amma indi qərar labüddür”. Maraqlıdır ki, uzun illər Mehdiyevin himayəsində olmuş və onunla bir masa arxasında oturan onlarla sabiq məmur və deputat indi susur. Elmira Axundova kimi onun məktublarını “hörmətli Ramiz müəllim” xitabı ilə başlayanlar indi səssizdir. Çünki Ramiz Mehdiyevin həbsi, sadəcə, bir şəxsin deyil, bütöv bir sistemin çöküşüdür.

Respublikainfo.com

Baş redaktor: Bünyamin Bünyadzadə

 

 

XƏBƏR LENTİ

Cəmiyyət

Politoloq Samir Hümbətov tələbələri ilə Şəhidlər Xiyabanını ziyarət edib

22 Yanvar 2026
2
Mədəniyyət

Afaq Bəşirqızı bu dəfə Zal qızı Zalxa obrazı ilə pərəstişkarlarını sevindirəcək

19 Yanvar 2026
10
Cəmiyyət

“Nazlı Ana” Xeyriyyə Təşkilatı fəaliyyətə başladı – FOTOLAR

11 Yanvar 2026
12
Cəmiyyət

Politoloq Samir Hümbətov mükafata layiq görülüb

04 Yanvar 2026
9
Cəmiyyət

Elçin Tağıyev: Goranboy RİH-nin ayırdığı 66 600 manat vəsait hara xərclənib

31 Dekabr 2025
14
Cəmiyyət

“Yaşıl ASAN” ekoloji proqramı çərçivəsində “Balaca Ekoloqlar” layihəsi davam edir

30 Dekabr 2025
1

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.