Həkim səhvi nəticəsində insan həyatına və sağlamlığına zərər yetirilməsi ilə bağlı xəbərlərə rast gəlirik. Son vaxtlar ölkəmizdə həkim səhlənkarlığı səbəbi ilə ölüm faktları və xəstənin ömürlük əlil olması hallarına da rast gəlirik.
Həkim səhlənkarlığı zamanı nə etməliyik? Ölüm faktında həkim səhlənkarlığının cəzası nədir? Mövzu ilə bağlı tibbi ekspert Adil Qeybulla Referans-a açıqlamasında bildirib ki, cəmiyyətlə tibb arasında hələ indiyə qədər bir güvən yoxdur. Məsələ budur ki, həkimin səhvini heç vaxt xəstənin adamı müəyyən edə bilməz, onu yalnız ekspertiza müəyyən etməlidir. Ekspertiza deməlidir ki, burda doğurdanda həkim səhvi, səhlənkarlığı var və yaxud yoxdur. Təəssüflər olsun ki, biz bu kimi situasiyalarda emosional davranırıq və son nəticəni həmişə həkimin adına yazırıq. Mən demirəm həkim səhvi, səhlənkarlığı yoxdur. Bunlar da yəqinki var. Amma hansı bir situasiya araşdırılıb, cəmiyyətə deyilib ki, burda hansı səhlənkarlıq var nə kimi səhv var və s.

Ekspert onu da bildirib ki, başqa ölkələrin təcrübələrinə də yiyələnməliyik. Həkimin səhvini hansısa prokuror, polis müəyyən etməli deyil. Həkimin səhvini mütləq tibbi komissiya müəyyən etməlidir. Onun peşəkarlığını, kontinentliyini nəzərə almalıdır, əgər konkret olaraq bu səhvi ucbatından kimsə əlil qalıbsa təbii ki, onun lisenziyası ləğv oluna bilər. Amma bizdə heç lisenziya sistemi yoxdur. Məsələ bundan gedir.
Adil Qeybulla həmçinin vurğulayıb ki, ona görə də bu işlər gərək qərb standartlarına uyğun qurulsun ki, bu məsələlərdə artıq sistemə etibar edək, yəni tibbin beynəlxalq sisteminə. Necə ki, ölkədə təbabət bir sistem şəklində çalışır, hər şey ciddi nəzarət altında olur, təbii ki, ona uyğun da insanlar çalışırlar və səhiyyədə güvən yaranmış olur.
“Yəni biz qərb standartları çərçivəsində bu sistemi qurmalıyıq, ondan sonra bu məsələləri həm komissiyaya, həm də tibbin özünə etibar edə bilərik”,- deyə ekspert əlavə edib.
Məmmədov Hüseyn