• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
13 Dekabr, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

“Azərbaycana quru sərhədlərlə daxil olmaq istəyən şəxslər Operativ Qərargaha müraciət etməlidirlər”

10.09.2025 - 22:21
A A
0
SHARES
2
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Ötən gün Milli Məclisin növbədənkənar iclasında çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev təklif edib ki, Rusiyada müharibəyə cəlb edilən soydaşlarımızın ölkəyə dönüşünü asanlaşdırıb onların həyatlarını xilas etmələri üçün vətəndaşlarımızın Rusiya ilə quru sərhəddən heç olmasa ölkəyə girişinə icazə verilsin.

 

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov bildirib ki, zaman-zaman Rusiyadan qayıtmaq istəyən şəxslər müxtəlif sosial platformalar, qruplar və media vasitəsilə sərhədlərin açılması üçün müraciətlər edirlər:

 

 

“Onların əsas istəyi heç olmasa birtərəfli qaydada sərhədin açılması və ölkə ərazisinə giriş imkanının yaradılmasıdır. Bəlli məsələdir ki, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətində olan məsələdir. Çünki karantin rejimi ilə bağlı vəziyyəti dəyərləndirmək, quru sərhədlərin bağlı qalmasının vacibliyini müəyyənləşdirmək məhz onların öhdəliyindədir. Qərargah ümumi vəziyyəti nəzərə alaraq karantin rejiminin müddətini uzadır və bu zaman digər aidiyyəti qurumlardan, xüsusən də Səhiyyə Nazirliyindən rəy toplayır”.

 

 

Millət vəkili əlavə etdi ki, sərhədlərin açılması istiqamətində müəyyən təcrübə də mövcuddur.

 

 

“Məsələn, bir müddət Türkiyə ilə sərhəd qısa zaman kəsiyində açılmışdı. Deməli, belə praktikaların tətbiqi mümkündür. Amma sərhədlərin birtərəfli qaydada açılıb-açılmaması yenə də aidiyyəti qurumların dəyərləndirəcəyi məsələdir. İstənilən halda, ölkəyə quru sərhədlərlə daxil olmaq istəyən şəxslər Operativ Qərargaha müraciət etməlidirlər. Onlar müraciətlərində səbəblərini əsaslandırmalıdırlar. Əgər təqdim edilən əsaslandırmalar kifayət qədər güclü olarsa, Operativ Qərargah vəziyyəti dəyərləndirərək daha həssas məsələlərlə bağlı fərqli qərarlar qəbul edə bilər. Lakin hər bir halda bu tip müraciətlərin birbaşa Operativ Qərargaha yönləndirilməsi vacibdir”,- deyə Azər Allahverənov yekunlaşdırdı.

XƏBƏR LENTİ

Seçmə

Psixoloq Nəcibə Hüseynovadan MARAQLI VƏ FƏRQLİ AÇIQLAMA

12 Dekabr 2025
37
Siyasət

Ulu Öndərin siyasi irsi bu gün də Azərbaycan dövlətinin hər bir sahəsində yaşayır

12 Dekabr 2025
12
Sağlamlıq

PSİXOLOQDAN MARAQLI AÇIQLAMA – Yağışlı hava insan psixologiyasına necə təsir edir?

12 Dekabr 2025
34
Sağlamlıq

DİQQƏT! PSİXOLOQ ŞURA HEYDƏROVADAN ÖNƏMLİ AÇIQLAMA

02 Dekabr 2025
114
Cəmiyyət

“Vətən Müharibəsi Zəfəri” adlı tədbir keçirilib

28 Noyabr 2025
12
Sosial

Neftçalanın icra başçısı səyyar görüşlər keçirib

28 Noyabr 2025
14

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.