Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Quba Meydanı” Mədəniyyət və İstirahət parkının qarşısında Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı məhsullarının və digər tələbat mallarının satış yarmarkası fəaliyyətə başlamışdır.
Yarmarka 15 və 16 mart 2025-ci il tarixlərdə saat 09:00-dan etibarən gün ərzində davam edəcəkdir.
Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov Rayon İcra Hakimiyyətinin məsul şəxsləri ilə birgə martın 15-də yarmarka ilə tanış olmuş, aidiyyəti şəxslərə lazımi tapşırıqlar vermişdir.
Qeyd edək ki, yarmarkada satışa çıxarılan məhsullar qiymətlərinə görə mövcud bazar qiymətlərindən xeyli ucuz olması ilə seçilir.