10 mart 2024-cü il tarixdə Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Quba rayon prokuroru Namiq Muradov və Quba bələdiyyəsinin sədri Allahverdi Xudaverdiyev Quba rayonunun sakini, Böyük Vətən Müharibəsi veteranı Qaflan Ömərovun 101 yaşının tamam olması münasibəti ilə onun evində təşkil olunmuş tədbirdə iştirak etmişlər.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov Qaflan Ömərova Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudovun və Rayon İcra Hakimiyyəti kollektivinin səmimi salamlarını çatdırmış və yubileyi münasibətilə onu təbrik edərək hədiyyələr təqdim etmişdir. Səmimi məcrada baş tutan görüşdə Qaflan Ömərov keçdiyi mənalı həyat yolundan söhbət açaraq, dövlətimizin başçısı cənab İlham Əliyevin, həmçinin respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə yaşlı və ahıl insanlara göstərilən qayğıdan bəhs etmiş, göstərilən diqqətə görə öz təşəkkürünü bildirmişdir.