Quba Rayon İcra Hakimiyyətində vətəndaş qəbulu keçirilib.
Görüş zamanı sakinlərin mənzillə təmin olunma, sosial problemlərin həlli, işlə təminat və digər vacib məsələlərlə bağlı müraciətləri dinlənildi.
İcra başçısı hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşaraq, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar vermişdir. Quba rayonunun inkişafı və vətəndaşların rifahının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Qəbulda iştirak edən vətəndaşlara göstərdikləri aktivliyə görə təşəkkür edirik!