Son zamanlar xüsuilə də yeniyetmə və gənclərimiz gündəlik danışıqlarında əcnəbi dillərdəki sözlərdən istifadə edirlər. Təbii ki, yeni dünya tendensiyaları, yeni tələblər qaçılmazdır. Lakin bütün dünyada hər bir xalq öz milli dilini qorumaqda maraqlıdır. O cümlədən də biz. Bu mənada hazırda Azərbaycan dilinin inkişafı və dilimizin qorunması istiqamətində hansı tədbirlər görülür? Azərbaycan dili üçün hazırda hər hansısa təhlükəli məqamlar varmı? Bundan başqa öz dilimizdə olan qarşılığı olan əcnəbi sözlərdən istifadə etmək zərurəti nədən yaranır?
Filologiya üzrə fəlsəfə doktoru, dosent, AMEA Nəsimi adına Dilçilik İnstitutunun Mətbuat xidmətinin rəhbəri Təranə Şükürlü Respublikainfo.com- a açıqlamasında bildirib ki, məlum olduğu kimi, dilimizin saflığının qorunması, ədəbi dilin normalarının gözlənilməsi məsələsi son dövrdə xüsusi aktuallıq kəsb edir və diqqət mərkəzindədir. Hər bir dilin lüğət tərkibinin inkişafında və zənginləşməsində həmin dilin daxili imkanları ilə bərabər alınma sözlər də çox önəmli rol oynayır. Başqa dillərdən söz almaq müasir dillərin zənginləşməsi üçün zəruri proses hesab edilir.
Təranə Şükürlünün qənaətinə görə narahatlıq doğuran digər məsələlərdən biri də Azərbaycan dilinə əcnəbi söz və ifadələrin yersiz daxil edilməsidir”. Azərbaycan dilinin lüğət tərkibi minillər ərzində formalaşıb və bugünkü günümüzə gəlib çatıb: “Alınma sözlər artıq bizim dilimizə uyğunlaşıb və doğmalaşıb. Ona görə də, dil ilə bağlı təkliflər verən zaman ehtiyatlı olmaq lazımdır. Çünki bəzi alınma sözlər var ki, artıq “vətəndaşlıq hüququ” qazanıblar”. Bu gün dilimizdə əcnəbi sözlərdən yersiz olaraq istifadə edilməsi əsas problemlərdəndir. Dil daim inkişafdadır və hazırda da dilə daxil olan, eləcə də yeni yaranan terminlər Terminologiya Komissiyası tərəfindən qeydə alınır, onların izahı verilir və bu da gələcəkdə olan terminoloji lüğət üçün bazadır: “Hazırda orta məktəb dərsliklərində dildə sabitləşmiş terminlər öz əksini tapır. Elə alınma sözlər var ki, onlar 5-6 il müddətində dildə oturuşur. Əcnəbi sözlər dilimizi həm zənginləşdirir, həm də korlayır”.
Mütəxəssis onu da xatırladıb ki, dilimizə daxil olan yeni terminlər “Terminologiya məsələləri” adlı topluda hər nömrədə öz əksini tapır. Bəzi alınma terminlərin qarşılığı verilir. Dilimizi yaşatmaq, onun ecazkarlığını qoruyub saxlamaq isə biz ziyalıların üzərinə düşür. Gəlin, yabançı sözləri dilimizə yamamaqla dilimizin saflığına, musiqililiyinə xələl yetirməyək. Bu müqəddəs xəzinəni gələcək nəsillərə раk, mübhəm, təmiz formada ötürək! Dilçilik İnstitutunda dilimizin saflığının qorunması, ədəbi dil normalarının pozulması faktlarının qarşısının alınması sahəsində məqsədyönlü addımlar atılır.. Azərbaycan dilinin Orfoepiya normaları hazırlanıb, Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Axərbaycan dilinin Orfoepiya lüğəti çap olunub. Türk dillərinin funksional morfologiyası, Müasir Azırbaycan dili (II cild) və sair yeni nəşrlər çap olunub. Azərbaycan dili üçün təhlükəli məqamlar yoxdur. Sadəcə norma pozuntuları var. Bu da təbiidir. Azərbaycan dilini sevmək və sevdirmək vacib bir məsələdir.
Müsahibimiz hesab edir ki, dilə olan sevgi ailədən, bağçadan, məktəbdən başlayır və davam edir. Ona görə də ailələrimizdə doğma ana dilimizə sevgini formalaşdırmaq lazımdır. Ailələrimizdə Azərbaycan dilini uşaqlara sevdirmək üçün onların qavrayacağı bir formada uşaq nağılları, hekayələri, şeirləri oxunmalı və aşılanmalıdır. Bu gün ali təhsil müəssisələrində Azərbaycan dilində işgüzar və akademik kommunikasiya fənninin tədrisi dilimizə dövlətimizin atributlarından biri kimi 2 dəyər verildiyini təsdiq edir. Bu fənnin tədrisinə də yeni tələblər səviyyəsində yanaşılıb Azərbaycan dili həm dil quruculuğu prosesinə, həm də dildə gedən prosesə hər zaman həssasdır.
“Dilimizi vətənimiz kimi qorumalıyıq və sevməliyik. Zamanla unudulan dillər latın dili, xəzər dili, tofalar, şor dili, dolqan türkcəsi zmaanla ölən dillərdir”,- deyə Təranə Şükürlü qeyd edib.
Baş redaktor: Bünyamin Bünyadzadə