Demokratiya mücahidi Aleksey Navalnı keçən ilin bu günü avtoritar Putin Rusiyası tərəfindən qətlə yetirildi.
Navalnı Putin hakimiyyətini avtoritarlığın yüksəlişinə, qeyri-demokratik rejimə, məmur özbaşınalığına, korrupsiyaya görə tənqid edirdi.
Navalnı başa düşürdü ki, Rusiyada demokratiyanın bərqərar olması ağır, məşəqqətli və qurban tələb edən bir yoldur.
Nemtsov da, Navalnı da Putinin uduzacağına inanırdılar. Sadəcə, hərbdə deyil, düşüncələrdə, illlərdir qurduqları məğlubedilməz Rusiya obrazında da uduzacaqlarını bilirdilər.
Onlar Postsovet məkanında çürümüş diktatura yerinə, DEMOKRATİYANIN gəlişi üçün verdikləri mücadilə, İnsan hüquq və azadlıqları, demokratiya, şəffaf idarəetmə uğrunda mübarizə örnəyi yaratdıqları üçün dəyərli siyasi şəxslərə çevrildilər.
Təəssüf… min təəssüf ki, rus cəmiyyəti hələ buna hazır deyil. O hələ də avantürist diktatorun Böyük Rusiya vədləri ilə yaşayır. Navalnının ölümü və bu qətlə rus cəmiyyətinin səssizliyi göstərir ki, ruslar Navalnıları həzm edə bilmir.
Bundan çıxaracağımız nəticə isə budur: Rusiyadan nə qədər aralı, bir o qədər demokratiyaya yaxın …
Çünki yaxın gələcəkdə rus cəmiyyətinin demokrtatiyaya doğru addımlayacağına inam azdır.
Navalnını isə ehtiramla yad edirəm!
Yaşasın hər zaman demokratiya!
P.S. Əziz xatirəsinə Frank Sinatranın məhşur “My Way” musiqisini paylaşıram…
(Bu musiqinin sədaları altında dəfn olunmuşdu)
Anar ƏSƏDLİ