• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
10 Mart, 2026
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Analitika

TÜRK BİRLİYİ REGİONAL SİYASİ GÜC QƏDƏR, HƏM DƏ GEOİQTİSADİ CAZİBƏ MƏRKƏZİDİR

14.04.2025 - 16:48
A A
0
SHARES
80
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

🇹🇷🇦🇿🇰🇿🇰🇬🇺🇿🇹🇲

Aralarındakı düşmənçiliyin, çox gərgin dövlətlərarası münasibətlərin dərin tarixi-siyasi əsasları olsa da, qardaş Türkiyə Cümhuriyyətinin bu gün Yunanıstan paytaxtı Afinada səfirliyi var, Yunanıstanın da Ankarada səfirliyi var, hətta dünyanın ən qüdrətli hərbi bloku NATO-da türklərlə yunanlar hərbi-siyasi müttəfiqdirlər.

Təsəvvür eləyin, sabah Yunanıstana hardansa bir hücum olsa, məşhur 5-ci maddəyə görə Türkiyə məcburdur yunanları təcavüzkardan qorusun.

İndi gələk əsas məsələyə.

Son iki gündür Qazaxıstanın, Özbəkistanın və Türkmənistanın Kipr Respublikasında səfirlik açması gündəm olub və baxırıq ki, bu hadisədən tamamən zərərli formada piar qurulur. İctimai rəydə o fikirlər yaradılır ki, guya TURAN Birliyi əvvəldən elə utopik ideyadır, boş şeydir, Türk Dövlətləri Təşkilatı filfilodur, “ölü doğulmuş uşaq” kimidir, ya nə bilim Türkiyə diplomatiyası böhran yaşayır və s. kimi boş və çaşdırıcı tezislər aləmi götürüb başına.

Türkiyəni hazırda idarə edən iqtidarı “vurmaq” üçün daxildəki mövzular “n” qədərdir və bunu Türkiyənin xarici siyasəti, diplomatiyası, Türk Dövlətləri Təşkilatı siyasəti, onun Mərkəzi Asiya politikası üzərindən etmək yanlışdır və zərərlidir, yersizdir, avara bir yanaşmadır. Dost var, düşmən var, olmaz belə şeylər.

Əvəzində biz əminliklə deyirik ki, bu gün bəzi fürsətcil politoloqların, Türk Dövlətlərinin BMT tərəfindən bir dövlət kimi tanınmış Kipr Respublikasında səfirlik açması faktından yapışaraq, ictimai rəydə tələm-tələsik “Türkiyə Cümhuriyyəti xarici siyasətdə məğlubiyyətə uğrayıb” fikrini yaratması və tirajlaması son dərəcə təhlükəlidir və bu hal təəssüf doğurur.

Kipr Respublikasında səfirlik açmaq Şimali Kipr Türk Cümhuriyyətini (KKTC) inkar etmək, onun bir dövlət kimi tanınması perspektivinə kölgə salmaq, ümumiyyətlə isə Mərkəzi Asiyada Türk Dövlətlərinin Türkiyə ilə münasibətlərində hansısa çatların əmələ gəlməsi anlamına gəlmir və gələ bilməz.

Niyə? Çünki ən başından cəfəng bir iddiadır. Türkiyənin Türküstan elləri ilə münasibətləri elə bir dərin səviyyələrdədir ki, bu haqda başqa bir yazıda fikir bildirəcəyik.

Qaldı ki, Avropa İttifaqının Türk dövlətləri ilə iqtisadi planda böyük layihələrə imza atması, türk dövlətlərinin Avropa ilə münasibətlərini inkişaf etdirməsi Türk Dövlətləri Təşkilatında (Türk Keneşi) birləşən bütün ölkələr üçün faydalıdır. Bu, təşkilatın təkcə regional siyasi güc olaraq meydana çıxması yox, həmçinin iqtisadi cazibəsini və əhəmiyyətini müəyyən edən faktorlardan biridir.

Türkiyə bu prosesdə qətiyyən ofsaydda deyil, əksinə, Mərkəzi Asiyadakı türk dövlətlərinin bir an öncə çox zərərli və təhlükə vəd edən Rusiya təsirindən qopub, Avroatlantik məkana inteqrasiya yolunu açmasında qardaş ölkənin rolu danılmazdır. Çünki bu işlər foks-moksla, elə-belədən olmur, hamısı koordinasiyalı şəkildə gerçəkləşir və bir məntiqi sonluğu var.

Türkiyə NATO-nun Mərkəzi Asiya Türk Dövlətlərində maraqlarını koordinasiya edən yeganə ölkədir, güc mərkəzidir.

Qalxıb da, Aralıq Dənizində, Liviyada, Afrikada, ən son Suriyada və ümumiyyətlə Qara Dəniz hövzəsində, Yaxın Şərqdə, Cənubi Qafqazda, Altaylara, Çinə kimi uzanan böyük türk Coğrafiyasında dərin və qızğın iş rejimində olan Türkiyə Cümhuriyyətinin xarici siyasətində guya problemlər əmələ gəlib alqısını yaratmaq ya siyasi naşılıqdır, ya məlumatsızlığın təzahürləridir, ya da, bunlar da deyilsə, o zaman qərəzdir, əcaib bir travmadır, gözgötürməzlikdir, psixoloji olaraq Türk Birliyini qaldıra bilməməkdir.

Dünyadan, regiondan, siyasətdən və geosiyasətdən bixəbər qalıb, Türkiyəni, bölgəni, coğrafiyanı tanımamaq, TÜRK DÖVLƏTLƏRİ TƏŞKİLATI faktorunu nəzərə almamaq öz işinizdir, amma qalxıb Türkiyə Cümhuriyyətinə xarici siyasət, diplomatiya ayarı vermək, dərsini keçmək, ağıl qoymaq nəyin nəsidir bəlli deyil.

Heç cür böyük düşünə bilmirsizsə, ağlınız qısır, məntiqiniz kal, yanaşmalarınız aralıq konyunktur “komplo nəzəriyyələri” səviyyəsindədirsə, günahı minillik dövlətçilik və diplomatiya tarixi, yüzillik cümhuriyyətçilik ənənələri və mədəniyyəti olan Türkiyə Respublikasında yox, özünüzdə axtarın, arxadaşlar..

🔴 ZƏRURİ BİR QEYD:

Türkiyənin Yunanıstanda bir neçə diplomatik qurumu mövcuddur. Türkiyə Respublikasının Afina Səfirliyi Türkiyənin Yunanıstandakı əsas diplomatik nümayəndəliyidir. Afina şəhərində yerləşir və siyasi, iqtisadi, mədəni əlaqələrin inkişafı ilə məşğuldur. Bundan başqa, Türkiyə Respublikasının Selanik Baş Konsulluğu Yunanıstanın şimalında, Makedoniya bölgəsində yerləşən Selanik şəhərində fəaliyyət göstərir. Konsulluq xidmətləri (viza, pasport, vətəndaşlıq məsələləri və s.) göstərir və oradakı türk vətəndaşlarının hüquqlarını qoruyur. Türkiyə Respublikasının bir də Rodos Adasında Konsulluğu var. Egey dənizindəki Rodos adasında yerləşir. Adada yaşayan və ya ora səfər edən türk vətəndaşlarına konsulluq xidmətləri göstərir. Bu diplomatik nümayəndəliklər Türkiyə-Yunanıstan münasibətlərinin rəsmi kanallarıdır və müxtəlif sahələrdə əməkdaşlıq və əlaqələrin təşviq olunması üçün fəaliyyət göstərirlər.

Eyni zamanda Yunanıstanın da Türkiyədə diplomatik qurumları mövcuddur. Bunlardan Yunanıstanın Ankaradakı Səfirliyi Yunanıstanın Türkiyədəki əsas diplomatik nümayəndəliyidir. Ankara şəhərində yerləşir və siyasi, diplomatik, iqtisadi və mədəni əlaqələrin inkişafı ilə məşğuldur.

Yunanıstanın İstanbul Baş Konsulluğu İstanbulda yerləşir və həm konsulluq xidmətləri göstərir, həm də Yunanıstanın mədəniyyət və ticarət maraqlarını təmsil edir. Şəhərdə yaşayan yunan azlığı ilə də əlaqələr saxlayır. Yunanıstanın İzmir Baş Konsulluğu isə Egey bölgəsində yerləşən İzmir şəhərində fəaliyyət göstərir. Konsulluq xidmətləri ilə yanaşı, regional əməkdaşlıq sahəsində fəaliyyət göstərir.

Bu diplomatik qurumlar Yunanıstan və Türkiyə arasında ikitərəfli münasibətlərin idarə olunmasında və inkişaf etdirilməsində mühüm rol oynayır.

 

SİYASƏTÇİ MİRZƏ RƏŞAD ORBEY

XƏBƏR LENTİ

Cəmiyyət

Gənclər Mərkəzi Qəbələ rayonunda tədbir keçirdi – FOTOLAR

18 Fevral 2026
8
Cəmiyyət

Tanınmış politoloqa vəzifə verildi – YENİ TƏYİNAT

16 Fevral 2026
9
Mədəniyyət

Gəncə Dövlət Milli Dram Teatrına direktor TƏYİN EDİLİB

14 Fevral 2026
29
Cəmiyyət

Bakıda “Pro Care Forum 2026” gözəllik sektoruna həsr olunmuş möhtəşəm forum keçirilib

12 Fevral 2026
41
Cəmiyyət

Gəncə Dövlət Milli Dram Teatrı “5 ci Beynəlxalq Trabzon Teatr festivalı”na dəvət alıb

09 Fevral 2026
115
Cəmiyyət

“YeniSƏN – 2”- Qadınların Şəxsi İnkişaf Forumu

06 Fevral 2026
10

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.