• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
15 May, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Manşet

Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi başa çatıb- FOTOLAR

10.04.2025 - 17:14
A A
0
SHARES
11
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu, ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyinin təşkilatçılığı ilə universitetlər arasında keçirilən “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi başa çatıb. ADA Universitetində keçirilən yekun tədbir zamanı finala vəsiqə qazanmış dörd top komanda təqdim olunan keys üzərində hazırladıqları biznes həlləri ilə çıxış edərək, həm münsiflər heyətinə, həm də tədbir iştirakçılarına təqdimatlar ediblər.
Final mərhələsində təmsil olunan münsiflər arasında Veysəloğlu Şirkətlər Qrupunun Maliyyə direktoru Könül Kərimova da olub. O, yekun tədbirdə çıxış edərək, qalibləri təbrik edib və onlara öz tövsiyyələrini verib. K. Kərimova eyni zamanda təmsil etdiyi VŞQ-nin fəaliyyəti və insan kapitalına verdiyi böyük önəm barədə ətraflı məlumat verib.
Qeyd edək ki, Şirkətlər Qrupunu yarışmanın əvvəlki mərhələlərində isə münsif olaraq Maliyyə və Biznesin İnkişafı Departamentinin müdiri Fərahim Hacıyev və “Araz” Supermarketlər Şəbəkəsinin Logistika direktoru Anar Adilzadə təmsil edib.
Münsiflərin qiymətləndirməsi əsasında yarışmanın qalibləri aşağıdakı kimi müəyyən olunub:
1-ci yer – Team 16 (ADA Universiteti) – 8000 AZN mükafat;
2-ci yer – Team 20 (Azərbaycan Dövlət İqtisad Universiteti) – 4000 AZN mükafat;
3-cü yer – Team 14 (Azərbaycan Dövlət İqtisad Universiteti) – 2000 AZN mükafat.
Qaliblər pul mükafatları ilə yanaşı, sponsor şirkətlər tərəfindən müxtəlif hədiyyələrlə də təltif olunub. Layihəyə yanvar ayında start verilmiş və ümumilikdə 91 komanda müraciət edib. Müsahibə mərhələsindən uğurla keçən 26 komanda Biznes Akademiyası və ABCC sessiyalarında iştirak etmiş, onlardan 16-sı yarımfinal mərhələsinə vəsiqə qazanıb. Azərbaycan Biznes Keys Yarışması 2002-ci ildən etibarən ölkədə təhsil alan bakalavr və magistr tələbələri üçün keçirilən ənənəvi və nüfuzlu layihələrdən biridir. Bu il yarışma Veysəloğlu Şirkətlər Qrupu və digər sponsorlar tərəfindən dəstəklənib.
30-dan artıq yaşı olan Veysəloğlu Şirkətlər Qrupu, Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən ən iri işəgötürənlərindən və vergi ödəyicilərindən biridir. Şirkətlər Qrupunun həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət layihələri arasında təhsilə dəstək prioritet təşkil edir.
image-1
image-2
image-3

XƏBƏR LENTİ

Cəmiyyət

Neftçalada Ulu Öndərin 102 illiyi qeyd olunub

11 May 2025
5
Mədəniyyət

Azərbaycanda tanınmış fransız ifaçı İndilanın mahnısına film çəkildi – VİDEO

11 May 2025
19
Gündəm

GÖZƏLLİK VƏ SAĞLAM GÖRÜNÜŞ – XƏDİCƏ SƏMƏDLİ İLƏ

15 May 2025
48
Cəmiyyət

Neftçalanın icra başçısı səyyar görüş keçirib

08 May 2025
3
Seçmə

Xalq artisti Tünzalə Ağayeva “ADAvision”da – FOTO/VİDEO

08 May 2025
7
Cəmiyyət

XİLASKAR HƏKİMLƏR… TANRI SİZİ QORUSUN!

07 May 2025
88

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.