Bu gün dördüncü sənaye inqilabının baş verdiyi dünyamızın transform asiyası fonunda ölkələr , xüsusilə də inkişaf etmiş, qlobal layihalərin iştirakçısına çevrilmiş dövlətlər formalaşmaqda olan yeni
düzənin əsas subyektləri olmaqla bütün sahələrdə öz yerlərini müəyyənləşdirmək və maraqlarını təmin etmək istəyirlər.
Azərbaycan da öz növbəsində Cənubi Qafqazın lokomotivi olaraq öz
məsuliyyətini tam aydın şəkildə dərk edərak, davamlı olaraq inkişaf edir, düşünülmüş çoxvektorlu xarici siyasət nümayiş etdirir.
Təbii ki, davamlı inkişafın kökündə ölkə daxilindaə hər bir sahəni ahatə edən proqramlar, uğurlu sosial-iqtisadi layihələr, o cümlədən müasir dövrün tələblərina cavab veran media islahatları dayanır.
Qeyd edək ki, son illər media institutlarının fəaliyyətinin təkmilləşdirilməsi, habelə bu günkü dönəmin müasir çağırışlarını daha düzgün mənimsayərək jurnalistika fəaliyyətinin ardıcıl inkişaf etdirilməsi əsas hədəflərdəndir.
Azərbaycan hökumətinin mətbuat və media siyasati çərçivəsində həyata keçirdiyi davamlı tədbirlər artiq öz bəhrəsini verməkdədir.
Ümumiyyətlə, Prezident İlham Əliyev hər zaman azad söz, fikir və matbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyati və inkişafı üçün münbit şəratin yaradılması, demokratik inkişafın təmin edilməsi istiqamətində çox böyük işlər həyata keçirib.
Bildiyimiz kimi, 07 yanvar 2025-ci il tarixində dölvət başçısı yerli televiziya kanallarının
nümayəndələri ilə görüş keçirdi, həm 2024-cü ilin sosial-iqtisadi nəticələrinə, həm də 2025-ci ildə Azərbaycanin, hər birimizin qarşısında duran vəzifələrə, yeni çağırışlara, istər ölkadə, istərsə də beynəlxalq aləmdə baş verən hadisələrə dair müsahibə verdi, eyni zamanda jurnalistlərlə geniş fikir
mübadiləsi apardı.
Bu görüşün 3 saata yaxın davam etməsi bir daha dövlət və 4-cü hakimiyyat arasında
münasibətlərin sağlamlaşdırılmasına yönəlik, jurnalistikamızın peşəkarlığının inkişafına səslənən hadisə kimi də qiymətləndirilir.
Artıq ənənə halını almış bu müsahibələrin keçirilməsi doğrudan da ölkədə cəmiyyət üçün çox faydalı və zəruridir.
Ölkə başçısı istər daxili, istərsə də xarici siyasətin müxtəlif istiqamatlərini ahatə edən sualları cavablandırmaqla il ərzində görülmüş işlərə öz qiymətini verir.
Onun səsləndirilən suallara geniş müsahibə formatında öz fikrini bildirməsini bir neçə
istiqamətdə ehtiva etmək mümkündür.
İlk növbədə ölkə ictimaiyyəti, hər bir vətəndaş qarşıya qoyulmuş hədəflərə nail olunmasında
hansı istiqamətdə fəaliyyət göstərəcəyini konkret olaraq Cənab Prezidentin nitqindən eşidir.
Hökumət və onun müvafiq qurumları bu dərin məzmunlu müsahibayə əsaslanarag məhz qısa müddət ərzində ölkə Prezidentinə prioritetləşmiş məsələlarin həllinə dair işlərin həyata keçirilməsi üçün lazımi təkliflərini edə bilərlər.
Bu müsahibə eyni zamanda cəmiyyətdə müstəlif fikirlərə sahib, fərqli düşünən beyin mərkəzləri tərəfindən əlavə olaraq matbuatda müzakirələrə səbəb ola biləcək məsələlərin qarşısının alınmasında,
səsləndirilə biləcək fikirlərin daha düzgün və dolğun olmasında Cənab Prezidentin çıxışına istinad edilə bilməsi baxımından faydalıdır.
Xüsusilə, dövlət başçısının aldə olunan iqtisadi nailiyyətləri, eləcə də sosial sahədə görülən işləri qeyd etməsi, son illərdə icra olunan dörd sosial paketə 7 milyard manatdan çox vəsaitin xərclənməsi
ilə bağlı məlumatı səsləndinəsi, zənnimcə, hər bir Azərbaycan vətəndaşının rifahı üçün həyata keçirilən ardıcıl tadbirləri hər bir vətəndaşımız üçün bir daha aydın etdi.
Verilən müsahibədə asas istiqamətlərdən biri isə beynalxalq təşkilatlar, beynəlxalq təşkilatlara üzv olan dünya dövlətləri üçün Azərbaycanin prioritetləri və hədeflərinə dair aydın baxışın ortaya qoyulmasıdır.
Azərbaycanın ötən ildə COP29-a uğurlu ev sahibliyini, ardınca isə dekabr ayında müsəlman ölkələrini birləşdirən ən böyük təsisat olan D-8 təşkilatına qəbul edilməsi beynəlxalq aləmdə artan nüfuzumuzun ayani sübutudur. Nailiyyatlərimizə mane ola bilmayən, uğurlarımızı gözü götürmayən
bəzi dairələr çıxış yolunu regionda vəziyyəti yenidən gərginləşdirməkdə görürlər.
Prezident İlham Əliyevin müsahiba zamanı qeyd etdiyi kimi, “Ermənistanda gedən silahlanma prosesi əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir.”
Lakin, bütün bunlara baxmayaraq, baş verən proseslər onu deməyə əsas verir ki, konstitusion suverenliyini tam təmin etmiş Azərbaycan Respublikası və qədirbilən Azərbaycan xalqı yenidən qürurlanacaq, Prezident İlham Əliyev tərəfindən elan olunmuş “Konstitusiya və Suverenlik ili”ndə
Cənubi Qafqazda dayanıqlı sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması reallığa çevriləcək.
İnanırıq ki, Azərbaycanin qarşıda duran hədəflərə nail olmasında yerli telekanallar, kütləvi informasiya vasitələri, dövrü mətbuat orqanları, bütövlükdə Azərbaycan mediası öz səylərini əsirgəməyəcək, cəmiyyətimizin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində bundan
sonra da əzmkar fəaliyyət göstərəcəkdir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı