Respublikainfo.com Media Qrupu Bakının ən yüksək keyfiyyətli pub- restoran xidmətlərini təklif edən TROYA PUB haqqında məlumatı sizə təqdim edir:
Bu gün dünya üzrə sürətlə inkişaf edən pub (pivə barı) biznesi Azərbaycanda da rəqabət mühiti yarada bilib. Xüsusilə də bir-birindən fərqlənən pivə və pivə məzələrindən ibarət müxtəlif qiymətə təklif olunan kompakt setlər müştərilərə maddi rahatlıq, pub seçimində isə çətinlik yaşadır.
TROYA PUB-DA NZS pivəsi birbaşa zavodun özündən gətirilir…
Azadlıq prospekti 144 ünvanında yerləşən, Bakının ən məşhur publarından olan “Troya Pub & Restoran”da 4 pivə seti təqdim olunur.
12 pivə – 16 məzə, göbələk, sosis və free – 34,90 manata;
12 pivə – 16 məzə və free – 29,90 manata;
12 pivə – 12 məzə, 1 pay iveria, 2 sendviç və free – 35,90 manata;
8 pivə – 8 məzə isə 14,90 manata başa gəlir.
Bu pub-da 10 çeşid yerli və Avropa pivəsi təklif olunur. Bu pivələrin qiyməti 1,50 manatdan 9 manata qədər dəyişir.
“Troya Pub & Restoran”ı digər pub-lardan fərqləndirən məqam odur ki, NZS pivəsi bura birbaşa zavodun özündən gətirilir.
16 pivə seti
Səməd Vurğun küçəsi 145 ünvanında yerləşən “Pub 900”dən bildirdilər ki, burada 16 pivə seti təklif olunur.
8 pivə – 8 məzə 20 manata;
12 pivə – 20 məzə 35 manata;
4 pivə – 12 məzə 20 manata;
10 pivə – 10 məzə 40 manata başa gəlir.
Burada pivə məzələri dəniz krevetkası, okean krevetkası, boğaz, sosis, toyuq cips, pelemeni, kilkə, qanad, tum, suxari, sadə saçaq pendir, qızardılmış, pendir, qızardılmış düşbərə və noxuddan ibarətdir. Pub-dan bildirdilər ki, burada qara pivə yoxdur.
Pub-da xərçəng kilo ilə verilir
Azadlıq prospekti 108 ünvanında yerləşən “Krevetka” pub-da pivə seti olmasa da təqdim olunan pivələrin qiyməti şəhərin mərkəzində fəaliyyət göstərən bir çox pub-lardakı qiymətlərdən ucuzdur. Belə ki, pivə qiymətləri pivənin növündən və adından asılı olaraq 1,50 manatdan 5,50 manata qədər dəyişir. Bu pub-da 30-dan çox pivə məzəsi, 10 cür də pivə təklif olunur. “Krevetka” pub-dan bildirdilər ki, pivədən başqa, burada bütün növ alkoqollu içkilər verilir. Onların qiyməti də formasından asılı olaraq 4-150 manat arası dəyişir.
Bu pub-ı digərlərindən fərqləndirən nüans, pivə məzəsi kimi xərçəngi müştərilərə kilo ilə verməsidir. Bunun qiyməti də 18-25 manat arası dəyişir. Eyni zamanda “Krevetka”da krevetka çeşidləri digər pub-lardan daha çoxdur, qiymətləri də 3-12 manat arası dəyişir.
10 manatdan 23 manata qədər
İslam Səfərli küçəsində yerləşən “1984 Pub & Lounge”da sarı və qara olmaqla iki rəngdə 6 adda pivə və 14 çeşid pivə məzəsi(çips, suxari, tum, pendir, qızardılmış pendir, sosis, balıq və free) təqdim olunur. Pub-dan bildirdilər ki, burada 4 cür pivə seti hazırlanır.
8 pivə – 4 məzə seti 10 manata;
4 pivə – 8 məz seti 12 manata;
8 pivə – 8 məzə seti 16 manata;
16 pivə – 8 məzə seti isə 23 manata başa gəlir.
10-18 manata tekila seti
Mirzə İbrahimov küçəsi 8 ünvanında yerləşən “Wood Pub”da isə 3 pivə və sadəcə 3 pivə seti təqdim olunur. 6 pivə – 6 pivə məzəsindən ibarət set 3 fərqli pivəyə görə, 12 və 15 manata başa gəlir. Bu pub-da da qara pivə verilmir. Amma bildirdilər ki, pivədən əlavə olaraq burada digər alkoqollu içki növlərindən ibarət (araq, viski, tekila) setlər də təqdim olunur. Bu setlərin qiyməti də 10-18 manat arası dəyişir.
ƏLAQƏ ÜÇÜN TELEFON: 050 821 24 01
Baş redaktor: Bünyamin Bünyadzadə Respublikainfo.com