Sovet Rusiyasının törətdiyi cinayətlərdən, terrorlardan, insanlıq faciələrindən danışarkən “Hardan bilək axı oxumağa ədəbiyyat var?”, “Nə vaxt bir mənbə göstərdiniz, oxumadıq?” kimi fikirlər söyləyən insanlarımızın bəhanələrini aradan qaldırmaq üçün bu paylaşımı edirəm.
Alman tarixçisi, Humboldt Universitetinin professoru Yorq Baberovskinin bu əsərini tapın, alın oxuyun və çox mühüm mənbələrdən əldə olunan informasiyalarla işlənmiş bu qiymətli əsərin bizim insanımız üçün nə qədər əhəmiyyət daşıdığını anlayacaqsınız.
Yeni yetişən vətəndaşımız son 100 ilin tarixin bilməlidir. Oxuyub bilməliyik ki, bizim üçün ən böyük təhlükə hər zaman rus istilasıdir. Qafqazda Demokratik cəmiyyət quruculuğuna savaş açan, demokratiyanın düşməni Rusiya buradan gözünü çəkməyib, məcburən əlini çəkib. Oxumasaq, yatsaq bizi hər an yuxuda yaxalaya bilər. Diqqətli olaq, Ayıq sayıq olaq.
Oxutdurmalıyıq, hazırlamalıyıq çünki Demokratiyanı, demokratik cəmiyyəti hər xalq özü qurmalıdır, haradansa gözləməli deyil.
Cəmiyyət özünə və öz gücünə inanmalıdır. Demokratikləşmə hər bir təbəqənin içindən keçərək cəmiyyətdə yer almalıdır. Bunun isə tək yolu oxuyaraq, araşdıraraq təfəkkür dəyişminə nail olmaqdır.
Anlamalıyıq ki, Demokratiya sadəcə hüquqa, azad seçkiyə və ədalətə dayalı bir sistem deyil. Demokratiya həm də dəyərlər və ləyaqət məsələsidir.
Bu arada, sözügedən kitabı “Alatoran” Nəşriyyat Evindən əldə edə bilərsiniz.