Bu gün Gürcüstanda parlament seçkiləri keçirilir. Amma bu sıradan bir parlament seçkisi deyil. Gürcüstanın avrointeqrasiyaya qarşısın almaq üçün, Qafqazı itirməmək üçün Kreml bütün gücünü ortaya qoyub.
Ümidverici məqam isə odur ki, Gürcü xalqı birmənalı şəkildə Avropa ailəsinin bir parçası olmaq üçün Kremlin məsləhətləri ilə hərəkət edən Bidzina İvanişvilinin avtoritar mahiyyətinə qarşı dirəniş göstərməkdədir.
Buna görə də Gürcüstanda xalqın Rusiyanın imperialist siyasətinə qarşı dirənişi alqışlanmalıdır. Hər üç Qafqaz ölkəsinin xalqlarının cəmiyyətlərini ideoloji aspektdə Putin Rusiyasına qarşı diri və hazır tutmaq üçün bu dirəniş ruhuna ehtiyac var.
Cənubi Qafqaz xalqları olaraq Bolşeviklərdən bizə miras qalan və sovetin “sərvəti” sayılan partokratiya, rüşvətxorluq, korrupsiya, yerlibazlıq, şiddət, təhqir, siyasi dözümsüzlük, avtoritarizm çirkabından birgə çıxmalıyıq.
İnsan haqlarının ən yüksək dəyər daşıdığı, siyasi azadlıqların təmin olunduğu Avropa Cəmiyəttinə doğru Gürcüstanın addımlaması oradakı yarım milyonluq Azərbaycan Türklərinin də gələcyi üçün vacib amildir. Həmçinin Cənubi Qafqazın gələcəyi üçün mühüm siyasi əhəmiyyət daşıyır.
Rusiyanın Qafqazı işğalı və buradakı xalqları bir-birinə düşmən edib soyqırımları törətmək, demokratik dəyərlərdən uzaq tutmaq, siyasətə qarışmamasına, öz taleyinə biganə yanaşmağa nail olmaq vərdişinə son qoymağın zamanıdır.
Rusiyasız Qafqaz yolundakı mücadilədə Gürcüstan vətəndaşlarına eşq olsun!
ANAR ƏSƏDLİ