• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
12 Dekabr, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

“Veysəloğlu”nun baş sponsor olduğu “Dirçəliş Kuboku” start götürüb – əldə olunan vəsait Qarabağın dirçəlişinə yönəldiləcək

05.10.2024 - 14:03
A A
0
SHARES
5
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com xəbər verir ki, Qarabağ Dirçəliş Fondunun (QDF) təşəbbüsü və təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə keçiriləcək “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turnirinin rəsmi açılış və püşkatma mərasimi keçirilib.

Mərasim turnirin təqdimat videosunun nümayişi ilə başlayıb. Açılış nitqi ilə çıxış edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev turnirlə bağlı geniş məlumat verib.

Turnirin baş sponsoru olan Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Talıbov çıxışında yarışın əhəmiyyətini qeyd etməklə yanaşı, onun yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib və belə təşəbbüslərə daim dəstək verməyə hazır olduqlarını vurğulayıb.

Qarabağın İnkişafı ilə bağlı layihələrə dəstək vermək mövzusunda Fond ilə əməkdaşlığın əhəmiyyətinə toxunan Aydın Talıbov qeyd edib ki, Qarabağ Dirçəliş Fondu işğaldan azad edilmiş ərazilərdəki ehtiyacları və prioritetləri müəyyən edib şirkətləri dolğun informasiya ilə təmin etməsi Qarabağın bərpasına və inkişafına töhfə vermək istəyən biznes subyektlərini daha məqsədyönlü fəaliyyətə sövq etdirir.

Çıxışlardan sonra tədbirin keçirilməsinə dəstək verən sponsor və tərəfdaşlara Qarabağ Dirçəliş Fondu adından xüsusi plaketlər və “Təşəkkür Sertifikatları” təqdim olunub. Sonra minifutbol turnirinin püşkatma mərasimi keçirilib. Püşkün nəticələrinə əsasən, turnirdə çıxış edəcək dövlət və özəl sektoru əhatə edən 40 kollektiv hər birində 10 komanda olmaqla 4 qrupa bölünüb.

Məlumat üçün bildirək ki, “Dirçəliş Kuboku” xeyriyyə minifutbol turniri Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, “Azərlotereya” ASC-nin tərəfdaşlığı və “CBC Sport” telekanalının informasiya dəstəyi ilə keçiriləcək.

Turnirin keçirilməsindən əldə olunan vəsait Qarabağ Dirçəliş Fondunun sifarişi ilə işğaldan azad edilmiş Füzuli şəhərində salınacaq Füzuli Mərkəzi Parkının ərazisində idman meydançalarının tikintisinə yönəldiləcək. Beləliklə, komandalar turnirdə iştirak etməklə yanaşı, həm də Qarabağın bərpasına töhfə vermiş olacaqlar.

30 illik yubileyini qeyd edən Veysəloğlu Şirkətlər Qrupu 2022-ci ildən başlayaraq Qarabağ Dirçəliş Fondu ilə müxtəlif Korporativ Sosial Məsuliyyət (KSM) layihələri çərçivəsində uğurlu əməkdaşlıq edir.

Veysəloğlu Şirkətlər Qrupu
Mətbuat Xidməti

Baş redaktor: Bünyamin Bünyadzadə

Respublikainfo.com 

XƏBƏR LENTİ

Siyasət

12 Dekabr 2025
0
Manşet

PSİXOLOQDAN MARAQLI AÇIQLAMA – Yağışlı hava insan psixologiyasına necə təsir edir?

10 Dekabr 2025
33
Sağlamlıq

DİQQƏT! PSİXOLOQ ŞURA HEYDƏROVADAN ÖNƏMLİ AÇIQLAMA

02 Dekabr 2025
114
Cəmiyyət

“Vətən Müharibəsi Zəfəri” adlı tədbir keçirilib

28 Noyabr 2025
12
Sosial

Neftçalanın icra başçısı səyyar görüşlər keçirib

28 Noyabr 2025
14
Cəmiyyət

TikTok rəqəmsal rifah məkanını istifadəyə verir

21 Noyabr 2025
6

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.