14-18 avqust tarixində Türkiyənin İstanbul şəhərində ilk dəfə olaraq Muay Tay üzrə Türk dünyası çempionatı keçirilib.
RESPUBLİKAİNFO.COM Axar.az saytına istinadən xəbər verir ki, ölkəmizi bu yarışda 15 idmançı təmsil edib.
Məlumata görə, yarışda 11 ölkədən 150-dən çox idmançı iştirak edib.
Yarışın təntənəli açılış mərasiminə bütün Türk dövlətləri öz milli rəqsləri və musiqiləri ilə qatılıb.
Yarış komandamız üçün uğurlu alınıb.
İdmançılarımız 4 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb:
48 kq da Natiq Əliyev – qızıl
60 kq da Xəyal Əliyev – qızıl
67 kq da Məhər Əsədzadə – qızıl
86 kq da Səməndər İsgəndərov – qızıl
71 kq da Məhəbbət Hümbətov – gümüş
51 kq da Şoranov Nihad – bürünc
Fatimə Hüseynli isə ən yaxşı xanım idmançı seçilib.
Qeyd edək ki, gələn il Türkiyədən sonra bu mötəbər yarışın ölkəmizdə keçirilməsi üçün Gənclər və İdman Nazirliyinə müraciət olunacaq. Bu yarış Türk xalqalarının birlik və bərabərlik nümunəsidir.
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com