• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
17 May, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

Yazırlar soruşurlar ki, seçkiyə münasibətiniz nədir?

02.09.2024 - 15:12
A A
0
SHARES
19
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Respublikainfo.com Media Qrupu ANAR ƏSƏDLİNİN YAZISINI TƏQDİM EDİR:

Yazırlar soruşurlar ki, seçkiyə münasibətiniz nədir? Rəzalətdir! Nə şərhi verək? Nəyə münasibət bildirək? Nə deyək axı?? İnsanlarımızı üz-üzə qoyublar, aqressiya dəhşət saçır, bir-birlərini parçalamağa hazırdılar, belə bir durumda nə danışasan, nəyə münasibət bildirəsən axı…

Hər seçkidən sonra dərhal başlayırıq hakimiyyətin total seçki saxtakarlığından danışmağa. Hamı seçki saxtakarlığından danışır. Heç kim sual vermir ki, niyə bunun qarşısın ala bilmirik. Əsas düşündürücü məsələ budur. Niyə bizim insanımız özünə bu qədər mənəvi qəsd edir? Niyə bu cür istifadə olunmağa hazır vəziyyət alır. Axı duruş göstərə bilsələr bu cür biabırçı mənzərə ortaya çıxmayacaq.

Bu üzdən bu dəfə bir az başqa rakursdan baxmalıyıq prosesə. Çünki istənilən mövzunun və ya məsələnin iki yönü vardır. Doğru tərəf, yanlış tərəf. Yanlışı seçənlər belə yanlışda olsa mövqe sahibidirlər.

Amma ortada duranlar çox qorxuludur. Çünki, doğruyu görməzdən gələrlər, kənardan seyr etməyi seçərlər və sürəkli cəmiyyətə DƏYƏRLƏR sisteminin var olmadığı mesajını verərlər. Bu baxımdan ən böyük dərdimiz yarım olan adamlardır. Yarım olan, maşa olan!

Hakimiyyətin mövqeyi bəllidir, yanlışda olsa yönünü seçib, demokratik seçkiyə qarşıdır. Bu üzdən çıxış yolu ənənəvi olaraq hakimiyyəti suçlamaqla olmayacaq. Əksinə boşuna enerji itkisidi və nəticəsi yoxdur.

Yaxşı bəs biz nə etməliyik? İnsanlarımız öncə özləri ilə bağlı seçim etməlidirlər. Ömür yollarında Həqiqətimi seçirlər yoxsa Həqiqəti aldatmağımı…

Bir gerçəkliyi də dərk eləmək lazımdır ki, yarı rasional, yarı qorxaq olan kəslər HƏQİQƏTLƏ oyun oynadıqlarını zənn edərlər amma anlamazlar ki, qandırmaq istədikləri qurbanlar elə özləridir…

İkinci ən əsas məsələ isə Vətən, torpaq, millət, Türk dünyası, Bütöv Azərbaycan uğrunda “canımı verərəm, başımı” qoyaram deyən “hərəkatçı”, “millətçi”, “müxalifətçi”, “türkçü” Siyasi dekorasiya malzəmələrini ifşa eləməkdir.

Torpağı vətən və dövlət şəklinə salan üstündəki insandır. Bəs o insanın azad və hürr yaşama istəyinə, demokratik cəmiyyət qurmaq arzusuna niyə “başınızı” qoymadınız?

Öz mənafeyi üçün insanına xəyanət edənlər cansız quru torpağa sadiq ola bilməzlər. Bu siyasi riyakarlıqdır.

Tək yol insanımızla siyasi maarifləndirmə aparmaqdır. Onları maşa olmaqdan xilas etməkdədir. Ağırdır,çətindir, iynə ilə gor qazmaqdır amma çıxış yoludur.

Hə birdə ən əsas məsələ, kimsə Ümidsizliyə qapılmasın. Hər şey yaxşıdan da yaxşı olacaq…

XƏBƏR LENTİ

Cəmiyyət

“Gülbahar” ABŞ-də səsləndi – VİDEO

16 May 2025
1
Manşet

“Bu hər şeydən əvvəl Türkiyə liderinə olan inamdan irəli gəlir” – EMİN HƏSƏNLİ

16 May 2025
1
Seçmə

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib

16 May 2025
1
Seçmə

Asif Kərimova söz demək heç kimin başı üçün deyil! – Kəmalə Qaramollayeva

15 May 2025
2
Cəmiyyət

Neftçalada Ulu Öndərin 102 illiyi qeyd olunub

11 May 2025
5
Mədəniyyət

Azərbaycanda tanınmış fransız ifaçı İndilanın mahnısına film çəkildi – VİDEO

11 May 2025
20

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.