Respublikainfo.com Media Qrupu Azərbaycan Respublikasının Rumıniya Respublikasında Fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanovun sosial şəbəkə hesabındakı paylaşımını təqdim edir:
“Qardaş və dost ölkə Türkiyənin 30 avqust Zəfər Bayramının 102-cü ildönümü münasibətilə Buxarest şəhərinin mərkəzindəki böyük lider Atatürkün abidəsinin önünə çələng qoyma mərasimində iştirak etdim. Türkiyənin Rumıniyadakı səfiri, qardaşım Özgür Kıvanç Altana göstərdiyi xoş münasibətə görə təşəkkürümü bildirirəm.
Uca Tanrı Vətən uğrunda gənc yaşında canından keçmiş bütün qəhrəmanlarımıza rəhmət eləsin!”
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com Media Qrupu