Respublikainfo.com Media Qrupu ANAR ƏSƏDLİNİN NÖVBƏTİ YAZISINI TƏQDİM EDİR:
30 Avqust tarixi Azərbaycan üçün də əslində müstəqilliyə gedən yolun Zəfər günü kimi qeyd olunmalıdır. 1989-ci ilin bu günü Azərbaycanın qanunverici orqanı Ali Sovetin növbədənkənar sessiyasında gərgin müzakirələrdən sonra “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamənin qəbul olunduğu gündür.
Ötən əsrin sonunda keçmiş sovet respublikaları öz müstəqillikləri uğrunda mübarizəyə qalxsa da, bu cür bəyannamənin qəbulu SSRİ məkanında ilk fakt idi.
Bəyannamənin qəbul edilməsi sonradan 1991-ci ilin 18 oktyabrında “Dövlət müstəqilliyinin bərpası” haqqında qanunun qəbuluna yol açdı. Ali Sovet bununla da Azərbaycanın dövlət müstəqilliyinin konstitusion əsaslarını yaratmaq üçün ayrıca qanunun – Konstitusiya Aktının hazırlanması barədə qərar qəbul etdi. Qəbul olunan sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulandı.
Bu tarixi sənəd İstiqlalçı millət vəkilləri Tofiq Qasımov və Hacıbala Əzimov tərəfindən hazırlanmışdır. Tofiq Qasımovun xatirəsini sayğıyla anır, Hacıbala Əzimova cansağlığı arzulayır və dərin minnətdarlığımı bildirirəm.
1989-cu ilin 30 avqust günündə “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyənnamənin qəbul olunmasını tarixi hadisə hesab edir və bu şərəfli mübarizədə canını qoymuş görkəmli insanların və hərəkatçıların əməyini yüksək qiymətləndirir, Azərbaycanın müstəqilliyi və torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin müqəddəs ruhu qarşısında böyük sayğıyla baş əyirəm!
Yaşasın, müstəqil Azərbaycan!