Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə Vətənə sədaqət, xalqa xidmət və milli dəyərlərə hörmət nümunəsi yaradıb. Mehriban xanım Əliyevanın müxtəlif sahələri əhatə edən məqsədyönlü fəaliyyəti ölkəmizin inkişafına, xalqımızın rifahının yaxşılaşmasına, müstəqil Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsinə xidmət edir, respublikamızın davamlı nailiyyətlər qazanmasını təmin edir.
Ona görə də Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ICESCO-nun xoşməramlı səfiri, YAP Sədrinin birinci müavini Mehriban Əliyevanın gördüyü işlər xalqın rifahına və dövlətin inkişafına həsr olunmuş çoxşaxəli fəaliyyət kimi səciyyələndirilir.
Mehriban xanım Əliyevanın atdığı addımlar, irəli sürdüyü təşəbbüslər Azərbaycan dövlətinin milli gücünün artmasını, ölkəmizin beynəlxalq imicinin möhkəmlənməsini şərtləndirib. O, eyni zamanda Azərbaycan qadınının dünyada müsbət obrazının möhkəmlənməsində, ölkəmizdə qadınların həyatın müxtəlif sahələrində fəallığının artmasında müstəsna rol oynayıb. Mehriban Əliyeva ölkəmizdəki qadın hərəkatı tarixində ilk şəxsiyyətdir ki, maarifçilikdən səhiyyəyə, idmandan mədəniyyətimizin təbliğinə, xeyriyyəçilikdən ətraf mühitin qorunmasına qədər geniş bir fəaliyyət məkanını əhatə edir. Mehriban xanım həmçinin humanizmin və xeyirxahlığın təşviqinə xidmət edən dəyərli fəaliyyət örnəyi yaradıb. Onun həssas sosial qrupların problemlərinin həllini daim diqqətdə saxlaması, şəhid ailələrinə, qazilərə, məcburi köçkünlərə, ahıllara, kimsəsizlərə, irsi qan xəstəliyindən və digər xəstəliklərdən əziyyət çəkən şəxslərə xüsusi qayğı göstərməsi mühüm əhəmiyyətə malikdir.
Mehriban xanım Əliyevanın Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması istiqamətində çoxşaxəli fəaliyyəti də böyük önəm kəsb edir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti ilə həm ölkədə, həm də beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzunu daha da yüksəklərə qaldırır. Onun hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir. “Yumşaq güc” siyasətinin təcəssümü olan Mehriban xanım Əliyevanın humanitar layihələri ölkəmizə yeni dostlar qazandırır. Onun xeyriyyəçilik tədbirləri bir sıra ölkələri, qitələri əhatə edir. Prezidenti olduğu Heydər Əliyev Fondu uzun illərdir ki, Azərbaycanın humanitar və mədəni diplomatiyasının səlahiyyətli nümayəndəsinə çevrilib və bu fəaliyyət hər şeydən əvvəl dünyada ölkəmizin təqdimatı və təbliğidir. Birinci vitse-prezidentin rəhbərliyi ilə milli maraqlarımıza xidmət edən və ənənələrimizi yaşadan çoxlu sayda böyük layihələrin uğurla icra olunması Azərbaycan qadınının mərhəmət və xeyirxahlığının, zəngin mənəvi-intellektual və yüksək əxlaqi dəyərlərə malik olduğunun bariz nümunəsidir.
Birinci xanım tərəfindən Azərbaycan xalqının yaratdığı milli mədəniyyət nümunələrinin dünya miqyasında təbliği, ümummilli məsələlərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü işlər görülür. Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti təkcə Azərbaycan ilə məhdudlaşmır, daha geniş coğrafiyanı əhatə edir və sözün əsl mənasında, xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına dəyərli töhfə verir. Bunun nəticəsidir ki, Mehriban xanımın fəaliyyəti beynəlxalq miqyasda yüksək qiymətləndirilir. O həm də xalqlararası münasibətlərin və sivilizasiyalararası dialoqun inkişafına özünəməxsus töhfələr verir ki, bu da beynəlxalq müstəvidə yüksək qiymətləndirilir. Çoxsaylı təltiflər məhz Mehriban xanım Əliyevanın beynəlxalq əhəmiyyətli fəaliyyətinə verilən yüksək qiymətin ifadəsidir. Azərbaycanın Birinci vitse-prezidenti bütövlükdə öz fəaliyyəti ilə ölkəmizin inkişafına dəyərli töhfələr verir, respublikamızı beynəlxalq miqyasda uğurla təmsil edir.
Xüsusilə qeyd etməliyik ki, Mehriban xanım Əliyeva öz xalqına və dövlətinə qırılmaz mənəvi tellərlə bağlıdır. Onun müxtəlif vəzifə və statuslarda bu zamana qədərki fəaliyyəti – Azərbaycan naminə gördüyü genişmiqyaslı işlər cəmiyyətdə ona böyük inam və rəğbət yaradıb. Hazırda işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən bərpa-quruculuq işlərinə də Mehriban xanım öz töhfələrini verir. Birinci xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu həmin ərazilərdə dini, mədəni və tarixi abidələrimizin bərpası ilə məşğuldur. Bu gün hər bir Azərbaycan vətəndaşı Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini olduqca yüksək dəyərləndirir.
Sevinc FƏTƏLİYEVA,
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini
Baş redaktor: Bünyamin Bünyadzadə
Respublikainfo.com