Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkinin təbliğat-təşviqat mərhələsi çərçivəsində 15 saylı Yasamal I seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Ülvi Quliyevin komandası seçicilərlə görüşüb.
Bununla bağlı Ülvi Quliyev rəsmi “Facebook” səhifəsində paylaşım edib.
Paylaşımda bildirilir:
“Seçicilərlə ev-ev, məhəllə-məhəllə görüşlərimiz davam edir. Komandamızın üzvləri çalışırlar ki, daha çox seçici ilə görüşüb hazırladığımız materialları onlara təqdim etsinlər. Bu işi, seçki qanunvericiliyində nəzərdə tutulduğu kimi, avqustun 31-dək hər gün davam etdirəcəyik”.