Respublikainfo.com Media Qrupu növbədənkənar parlament seçkilərində deputatlığa namizəd Vüqar Bayramovun sosial şəbəkə hesabındakı paylaşımını təqdim edir:
“Füzuli rayonun Əhmədbəyli kəndində növbəti görüşümüz yüksək coşğu və faydalı müzakirələr ilə yadda qaldı. Kənd ziyallıları Sulduz Əliyev və Mirqayıl Həmidov çıxış edərək namizədin Milli Məclis VI Çağrış müddətində fəaliyyətini yüksək qiymətləndirərək son illər Füzuli rayonundakı inkişafdan söz açdılar. Çıxışçılar Füzuli rayonun uzun müddət işğal altında qalan torpaqların azad olunması və yenidənqurma mərhələsinə qədəm qoymasına görə Müzəffər Ali Baş Komandanımıza və şanli ordumuza minnətdarlıqlarını ifadə etdilər.
Çıxışım zamanı Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinə, o cümlədən Füzuli rayonun daha da inkişaf etməsi üçün formalaşan yeni imkanlara toxundum. Artıq Füzuli şəhərində 3 mindən çox sakin məskunlaşıb və proses daha da intensivləşəcək.
Qeyd etdim ki, Milli Məclis VI Çağrış müddətində seçicilərim ilə sıx ünsiyyət qurmağa çalışdım. Ötən müddətdə Əhmədbəyli kəndi daxil olmaqla Füzuli rayonunda və ərazidən kənarda 131 görüş keçirdik. Daxil olan 4898 müraciət üzrə müxtəlif dövlət qurumlarına 2034 deputat sorğusu göndərərək seçiciləri problemlərinin həllinə dəstək olmağa çalışdım. Rayonumuzun tam qazlaşdırılması, sürətli internet təminatı, su təminatına dəstək, torpaq islahatlarının sürətlənməsi məsələlərinə dəstək olmağa çalışmaqla yanaşı bir sıra konseptual iqtisadi və sosial məsələlər üzrə mexanizmlər hazırlayıb təqdim etdim. Avropa Parlamenti daxil olmaqla təmsil olunduğum beynəlxalq platformalarda çalışdım ki, Azərbaycanı layıqıncə təmsil edə bilim. Bütövlükdə, təmsil etdiyim rayonu Milli Məclisdə, Azərbaycanı isə beynəlxalq platformalarda layiqincə təmsil etməyə çalışdım.
Daha sonra seçicilərin sualları cavablandırlıdı və fikirləri dinlənildi.
Elmimlə Daim Elimin Yanındayam!”
Baş redaktor: Bünyamin Bünyadzadə Respublikainfo.com