• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
17 May, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Seçmə

Vüqar Bayramovun seçicilərlə görüşləri davam edir – Foto

19.08.2024 - 11:48
A A
0
SHARES
3
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Milli Məclisin VI çağırış deputatı, 84 saylı Füzuli seçki dairəsindən namizədliyi irəli sürülmüş Vüqar Bayramov seçki kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşünü keçirib.

Respublikainfo.com xəbər verir ki, görüş Füzuli rayonunun Əhmədbəyli kəndində baş tutub.

Kənd sakinləri deputatlığa namizəd Vüqar Bayramovu yüksək coşğu ilə qarşılayıblar. Kəndin ziyalıları Sulduz Əliyev və Mirqayıl Həmidov çıxış edərək namizədin Milli Məclis VI Çağrış müddətində fəaliyyətini yüksək qiymətləndirərək son illər Füzuli rayonundakı inkişafdan söz açıblar.

Çıxışçılar Füzuli rayonun uzun müddət işğal altında qalan torpaqların azad olunması və yenidənqurma mərhələsinə qədəm qoymasına görə Müzəffər Ali Baş Komandanımıza və şanli ordumuza minnətdarlıqlarını ifadə ediblər.

Vüqar Bayramov çıxışı zamanı Azərbaycan Prezidentinin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinə, o cümlədən Füzuli rayonun daha da inkişaf etməsi üçün formalaşan yeni imkanlara toxunub. Onun sözlərinə görə, artıq Füzuli şəhərində 3 mindən çox sakin məskunlaşıb və proses daha da intensivləşəcək.

Qeyd edib ki, VI Çağrış müddətində seçicilər ilə sıx ünsiyyət qurmağa çalışıb. Ötən müddətdə Əhmədbəyli kəndi daxil olmaqla Füzuli rayonunda və ərazidən kənarda 131 görüş keçirdiklərini deyib. Daxil olan 4898 müraciət üzrə müxtəlif dövlət qurumlarına 2034 deputat sorğusu göndərərək seçiciləri problemlərinin həllinə dəstək olmağa çalışıb.

Namizəd əlavə edib ki, rayonun tam qazlaşdırılması, sürətli internet təminatı, su təminatına dəstək, torpaq islahatlarının sürətlənməsi məsələlərinə dəstək olmağa çalışmaqla yanaşı bir sıra konseptual iqtisadi və sosial məsələlər üzrə mexanizmlər hazırlayıb təqdim edib. Avropa Parlamenti daxil olmaqla təmsil olunduğu beynəlxalq platformalarda Azərbaycanı layiqincə təmsil etməyə səy göstərib. O əlavə edib ki, bütövlükdə, təmsil etdiyi rayonu Milli Məclisdə, Azərbaycanı isə beynəlxalq platformalarda layiqincə təmsil etməyə çalışır.

Daha sonra seçicilərin sualları cavablandırlıb və fikirləri dinlənilib.

Baş redaktor: Bünyamin Bünyadzadə Respublikainfo.com 

XƏBƏR LENTİ

Cəmiyyət

“Gülbahar” ABŞ-də səsləndi – VİDEO

16 May 2025
1
Manşet

“Bu hər şeydən əvvəl Türkiyə liderinə olan inamdan irəli gəlir” – EMİN HƏSƏNLİ

16 May 2025
1
Seçmə

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib

16 May 2025
1
Seçmə

Asif Kərimova söz demək heç kimin başı üçün deyil! – Kəmalə Qaramollayeva

15 May 2025
2
Cəmiyyət

Neftçalada Ulu Öndərin 102 illiyi qeyd olunub

11 May 2025
5
Mədəniyyət

Azərbaycanda tanınmış fransız ifaçı İndilanın mahnısına film çəkildi – VİDEO

11 May 2025
19

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.