Respublikainfo.com Media Qrupu təqdim edir.
Bu dəfəki parlament seçkilərində deputatlığa namizəd olan maraqlı şəxslər var. Belə ki, 88 saylı Şamaxı Seçki Dairəsindən deputatlığa qeydə alınmış növbəti namizədin adı məlum olub. Həmin namizəd keçmiş FHN zabiti Qurbanov Rauf Əfqan oğludur. Əslən Şamaxıdan olan Rauf Qurbanov 2024-cü il sentyabrın 1-nə təyin olunmuş Milli Məclisə növbədənkənar seçkilərə müstəqil namizəd kimi qatılıb.
İlk dəfə seçkilərə qatılan Rauf Qurbanovu tanıyaq:
Qurbanov Rauf Əfqan oğlu 1984-cü ildə Şamaxı şəhərində doğulub. 2001-ci ildə Bakı şəhərində Elşad Həmidov adına 267 saylı fizika-riyaziyyat təmayüllü lisey-məktəbi bitirib. Elə həmin ildə Azərbaycan İnşaat və Memarlıq Universiteti, “Mühəndis İqtisadiyyatı və İdarəetmə” fakültəsini fərqlənmə diplomu ilə başa vurub.
2005-ci ildə FHN-nin “N” saylı hərbi hissəsində hərbi xidmətdə olub.
2006-2009-cu illərdə Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecində sub-bakalavriat təhsili alıb.
2014-cü ildə Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” fakültəsinə daxil olub, 2020-ci ildə həmin universiteti bitirib.
2007-2011-ci illərdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti, Birinci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində “İnspektor” vəzifəsində işləyib. Rütbəsi daxili xidmət leytenantı olub.
2011-2018-ci illərdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti, Birinci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində “Baş İnspektor” vəzifəsində işləyib. Rütbəsi daxili xidmət mayoru olub.
2018-ci ildə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti, Dördüncü Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsində “Şöbə rəisi” vəzifəsinə qədər yüksəlib. 2020-ci ildə idarə rəisi vəzifəsinə təyin olunanda, artıq rütbəsi polkovnik-leytenant idi.
2020-2021-ci illərdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti, Aran Regional (Kürdəmir, Ucar, Zərdab, Yevlax, Naftalan, Tərtər, Goranboy, Mingəçevir, Göyçay, Kəlbəcər) Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsini icra edib. Rütbəsi polkovnik-leytenant olub.
2021-2023-cü illərdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti, Birinci Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin rəisi vəzifəsində işləyib. Rütbəsi polkovnik-leytenant olub.
2023-cü ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir.
Ailəlidir, iki övladı var.
İmza: Redaksiya Şöbəsi
Baş redaktor Bünyamin Çingizoğlu Respublikainfo.com