Əsası böyük şəxsiyyət Həsən bəy Zərdabi tərəfindən qoyulan Azərbaycan Milli Mətbuatı böyük tarixi inkişaf yolu keçib. İstər çar Rusiyası, istər Azərbaycan Xalq Cümhuriyyəti, istərsə də 20-ci əsrin sonunda mətbuatımız boynuna düşən missiyanı şərəflə yerinə yetirməyi bacardı.
İctimai fikrin formalaşmasına bilavasitə təsir etmək gücünə malik samballı mətbuat orqanları və nüfuzlu jurnalistlər fəaliyyət göstərdi. Bu gün də müstəqil, obyektiv, qərəzsiz mətbuat bütün çətinliklərə rəğmən ayaqda qalmağa çalışır, bu yolda öz şərəfli mübarizəsini davam etdirir.
Milli Mətbuat günü münasibətilə bütün vicdanlı jurnalistləri, ləyaqətli qələm adamlarını, öz peşəsinə sadiq qalan media nümayəndələrini təbrik edir, ölkə mətbuatının inkişafı yolunda uğurlar arzulayıram!
MÜƏLLİF: ANAR ƏSƏDLİ
RESPUBLİKAİNFO.COM