Respublikainfo.com Media Qrupu olaraq mütəmadi şəkildə müxtəlif mövzularda vətəndaş müraciətlərini mətbuat vasitəsilə yayımlayırıq. Növbəti müraciət vətəndaş Nigar Böyükağa qızı Məmmədov tərəfindən Ali Məhkəmənin sədri İnam Kərimova ünvanlanıb. Həmin müraciəti sizə təqdim edirik:
Salam Ali Məhkəmə sədri möhtərəm İnam Kərimov! Mən artıq neçənci məhkəmə prosesidir ki atam və qızımla bərabər,maddə 128,133.3 və digər cinayətləri ilə təqsirləndirilən Məmmədov Elnur Əltəmas oğlunun barəsində tez zamanda yekun qərar verilməsini istəyirəm.
Atamın istintaq işi düzgün aparılmır.Elnurun dayısı Nuriyev Baladayı və Elnurun qardaşları və anasının iştirakıyla yol kənarında atama hücm çəkib,üstünə bıçaq çıxarmaları və zorla maşına salmağa cəhd etdikləri həmin görüntüləri Xəzər rayon polis idarəsi bizə ya əlaqəsiz görüntülər təqdim edir,yada heç təqdim eləmir.
Sizdən xahiş edirəm ki, müraciətimizi xüsusi nəzarətinizə götürəsiniz! Qızım Sunayı və o biri qızlarımla yanaşı mənə fiziki və psixoloji şiddət göstərən Məmmədov Elnurun həbsinə qərar verilsin və dayısı,anası,qardaşları xanəyə təcavüz etdiyinə görə,uşaqlarımı qorxuya salaraq məni canımla hədələdiklərinə görə cinayət məsuliyyətinə cəlb olunsunlar.
Mən Apellyasiya və Ali Məhkəməyə Xəzər rayon məhkəməsinin 508 – ci iş Məmmədov Elnur Əltəmas oğlunun işinə baxan Ramilə Xəzrinin məhkəmələri uzadaraq işimizə düzgün baxmamasından şikayətçiyəm.
3 uşaq ilə mən məhkəmə yollarındayam.15 il bizi fiziki və psixoloji şiddətə məruz qoyan Məmmədov Elnur barəsində lütfən tez qərar verilməsini hakimlər sürətləndirərək,həbsinə qərar verilsin.
Məmmədov Elnur üstümə bıçaq çəkərək uşaqlarıma panika yaştdı.Onun dayısı və qardaşları.Anası Məmmədova Təranə xanəyə təcavüz edərək məni ölümlə hədələyərək uşaqlarıma qorxu yaşatdıqları üçün cinayət məsuliyyətinə cəlb olunsunlar.
Atama yol kənarında adı çəkilən şəxslər hücm edərək,onu zorla avtomobillərinə oturtmağa çalışaraq hədə-qorxu gəlib,ölümlə təhdid etdikləri üçün onlara da cinayət işi açılmasını sizdən rica edirəm.
Hörmətlə: Məmmədova Nigar Böyükağa qızı
Respublikainfo.com