Respublikainfo.com xəbər saytı olaraq ölkədə və dünyada baş verən mühüm xəbərləri obyektiv şəkildə yayımlamaqla yanaşı vətəndaş şikayətlərini də media vasitəsilə işıqlandırırıq. Növbəti şikayət isə vətəndaş, Daşkəsən rayon sakini, müəllim Rzayeva Vəfa Xeyrəddin qızı tərəfindəndir. Həmin müraciəti sizə təqdim edirik:
Daşkəsən rayon Mollahəsənli kəndində yaşayan Rzayeva Vəfa Xeyrəddin qızı tərəfindən Azərbaycan Respublikası Prezidenti İlham Əliyevə
M Ü R A C İ Ə T
HÖRMƏTLİ CƏNAB PREZİDENT! Sizə bildirmək istəyirəm ki, mən Daşkəsən rayonunda yaşayıram. Himayəmdə azyaşlı uşağım var. Yaşlı anama baxıram və anam şəhid bacısıdır. Hazırda işsizəm və ayda 100 manat alimenet alıram. Uşağımı çox çətinliklə dolandırıram.
Üzümü sizə tutub deyirəm ki, siz bizim üçün əzizsiniz, doğmasınız! Qarabağımızı 30 illik işğaldan azad etmisiniz. Mən sizə inanıram, güvənirəm! Mənə kömək edin bir balanız kimi yalvarıram! ÇOX BPYÜK MADDİ ÇƏTİNLİKLƏR İÇİNDƏYƏM.
Problemim ondan ibarətdir ki, Daşkəsən rayonunda yaşayan Gülnar Həsənova oğlu Bəhruz Həsənov adlı şəxs və əmim qızı Ramidə İbrahimova anası Məhəbbət Rzayeva qardaşı Rüstəm Rzayev və Alıyeva Turanə əlbir olub alış – veriş etmişlər.
Lakin Gülnar Həsənova məni şərləyib ki, məndən 50 minlik mal almasan.
Mənim şərəfimni ləyaqətimi alçaldıb. Mənə maddi və mənəvi ziyan vurub. Amma o şəxsə 2019-cu il may ayının 1-dən 31-dək 50 minlik malı hardan alıb sual veran yoxdur. Gülnar
Həsənovanın qaimə faktura və vergisi üçün heç bir sənədə mən imza atmadan
neçə qərar çıxıb. Gülnar Həsənovanın nə qədər gəliri var ki, 50 minlik məhsul – malı nisyə olaraq kiməsə verə bilir.
Bildirim ki, Gəncə şəhər baş polis idarəsinin tadqiqatçısı Yusif Məhərrəmli və müstəntiqləri Fərid Alıyev, Pərviz Qasımov, Orxan Babayev işə düzgün baxmadan
araşdırma aparmadılar. Müstəntiq Fərid Alıyev qarşı tərəfi çağırmadan qərar qəbul ediblər.
Gəncə şəhər Kəpəz rayon məhkəməsinin hakimi Raşad Mustafayev düzgün iş araşdırmadan mənə qərar qəbul edib.
Mən apelyasiya şikayəti etdim. Hakim Fikrət Mehdiyev, vəkillər Elmira Həsanovanı, Hümbət Salahova və Məmmadova Vüsaləni məhkəmədə iştirak etməyə imkan vermədi.
Ərizələrimi yazan şəxs işə baxmadan
qərarı mənim üzərimdə saxladı. Ramidəyə aid olan hissəni sildilər. Burda hakimlərin maddi marağı nədir ki, mən məhkəmədə iştirak etmədən atamın adını səhv yazıblar. Ramidəyə aid olan hissəni siliblər. Vəkil
Məmmədova Vüsalə Əli qızI və Salahov Hümbət hakimin əmisi oğlu olduğunu
bildirib məndən 3min bir min manat bir bankdan pul götürüb.
Vüsalə isə Leninqrad şəhərinə qaçıb. Orda tutulub. 4 aydan sonra Hümbət Salahovun köməyi ilə həbsdən çıxarılıb.
Sonra mənə söz verdi ki, sənin
pulunu alıb verəcəm. Baş polis idarəsinin müstəntiqi Rəşad Məmmdzadə işi saxlayıb. Pulumu alıb vermir uşağım acından ölür. Pulumu ödəmirlər.
Banklara borcum var. Üstəlik məni məhkəməyə veriblər. Daşkəsən rayonunda içracısı İlkin Bayramov mənə
zəng vurub deyir ki, sənə həbs verəcəm. Daha sonra əmim oğlu Rüstəm Leninqraddan mənə zəng vurub deyir ki, gəlib sənin başını kəsəcəm əgər bu sirri açsan.
Rüstəm və Bəhruz tamamilə sağlam olduqları halda vətən borcunu yerinə yetirməkdən qanunsuz yollarla yayınıblar.
Hər ikisi qanunsuz işlərlə məşğuldur. Gəncə-Daşkəsəndə sələmçilik edirlər.
Rüstəm gedib Leninnqrada. Bəhruz isə İrandadır.
Cənab Prezident! İstəyirəm ki, sizin tapşırığınıza İqtisadiyyat naziri cənab Mikayıl Cabbarov Ramidə Gülnar, Təranə və avtobus şoferi Tahirin satdığı 130 minlik malların dövlət vergisi araşdırılsın. Mənə Bəhruz Həsənov dəfələrlə fiziki güc tətbiq edib. Telefonumu oğurlayıblar.
Kəpəz rayon polisinin tədqiqatçısı Nicat adlı polis Bəhruzdan pulu alib işi bağlayıb.
Hakimin verdiyi rəyi gizlədib.
Mən üzümü Prezdentimə və baş prokrormuz
Kamran Əliyevə və Daxili İşlər naziri Vilayat Eyvazova, Müdafiə Nazirimiz Zakir Hasənova, İqtisadiyyat nazirimiz Mikayıl Cabbarova, Ədliyə Nazirimiz Farid Əhmadov və Ali Məhkəmənin sədri İbam Kərimova üzümü tutub müraciət edirəm ki, Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin hakimi Raşad Mustafayev nəyə asaslanıb belə qərar çıxardıb. Atamın adını səhv yazıb. Apellyasiya məhkəməsinin hakimi Fikrət Mehdiyev və sədri Mirbahaddin Hüseynov isə işə baxmadan qərarı qüvvədə saxlayıb.
Daşkəsən rayon icra və propesiya şöbəsinin
rəisi Xayal Əlizadə və İlkin Bayramov işi araşdırmadan atamın adı səhv ola-ola
qatnaməni icra edib.
Xəyal Əlizadə mənə deyir ki, 3
yolun var birini seç ya vatəndən çıx qaç ya özünü as öldür ya dqn42 min manatı ödə.
Hörmətli Prezident! Mənim bir yolum var özümü asım. Bəzi dövlət məmurları mənim
işimi düzgün araşdırmır Mənə köməklik edin.Uşağım acından ölür, yaşamağa evim
yoxdur. İntihar həddindəyəm.
Rzayeva Vafa Xeyrəddin qızı…
Mövzunu diqqətdə saxlayacağıq…
Ümidvarıq ki, vətəndaşın problemi aidiyyatı dövlət qurumları tərəfindən bir daha araşdırılacaq…. Məsə ölkə başçısı səviyyəsində öz həllini tapacaqdır…
Baş redaktor: Bünyamin Çingizoğlu
Respublikainfo.com