Ermənistan parlamentinin sədri Avey Simonyan Zəngəzur dəhlizi ilə bağlı
söylədiyi fikrin arxasında duran əsas səbəb ondan ibarətdir ki, Ermənistan
Azərbaycan arasında olan məsələni həll eləyək və özümüz nəzarət edək.
Azərbaycanın tələbi var.
Tələb odur ki, Azərbaycandan Naxçıvana,
Naxçıvandan Azərbaycana keçənlərin yoxlanılması hayata keçirilməməlidir, insanlar yoxlanılmalıdır. Bu proses rahatlıqla həyata keçirilməlidir.
Azərbaycanın qəti tələbi belədir. İkinci tələbi isə təbii ki, burada Avropanın sərhədd və sahil mühafizə agentliyinin olması Azərbaycana da uyğun deyil. Əslində Ermənistana da uyğun deyil. Amma hər halda Avropa İttifaqı, ABŞ və Ermənistan arasında məsələnin reallaşması var.
Görünür ki, Ermənistan bu prosesə onları da cəlb etmək istəyir. Amma bir məsələ də var
burda. Rusiya Qərbin Cənubi Qafqaza,
Ermənistana gəlməsini istəmir.
İndi məsələ burasındadır ki, Ermənistan
Rusiya üzərindən aşaraq onu edə biləcəkmi? İkincisi deyək ki, Ermənistan Azərbaycanla razılaşdı, Azərbaycandan Naxçıvana və Naxçvandan Azərbaycana keçənlər yoxlanılmır, digər dövlətlərin isə yüklərindən isə tranzit alınır və. s. Azərbaycandan başqa digər ölkələrin vətəndaşlarından və
yüklərindən tranzit haqqı alınır. Amma məsələ budur ki, Ermənistan sonuna
qədər bu prosesi həyata keçirə biləcəkmi? Hər hansı bir gərginlik olan kimi
yolu bağlayacaqmı ya yox? Bu məqamlar önəmlidir.
Düşünmək olar ki, sual doğuran məqam çox olacaq. İki dövlət arasında regional və beynəlxalq təşkilatı cəlb edib onları nəzarətçi kimi təyin etməyin özü regional olan
problemə gətirə bilər.
Abbaslı Seyid Ürfan
Azərbaycan Universiteti
Baş redaktor:Bünyamin Bünyadzadə
Respublikainfo.com