Respublikainfo.com xəbər saytı olaraq ölkədə və dünyada baş verən mühüm xəbərləri obyektiv şəkildə yayımlamaqla yanaşı vətəndaş şikayətlərini də media vasitəsilə işıqlandırırıq. Növbəti şikayət isə Məmmədova Nigar Böyükağa qızı tərəfindəndir.
Bildirmək istərdik ki, sözügedən vətəndaş Respublikainfo.com Media Qrupuna rəsmi olaraq vətəndaş şikayəti ilə müraciət edib.
Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab İnam Kərimova, Məmmədova Nigar Böyükağa qızı tərəfindən
M Ü R A C İ Ə T
Hörmətli İnam müəllim ! Sizdən xahiş edirəm ki, müraciətimizi xüsusi nəzarətinizə götürəsiniz! Mən Bakı Apellyasiya məhkəməsinin haqsız qərarına etiraz edirəm. Bildirmək istəyirəm ki, 22.06.1991-ci il təvəllüdlü Məmmədova Nigar Böyükağa qızı.16.04.2008 tarixində nikaha daxil olduğum, 29.12.1983 təvəllüdlü Məmmədov Elnur Əltəmas oğlu ilə nigaha daxil olmuşam.
15 illik ailə həyatımda fiziki və psixoloji şiddətə məruz qaldığım halda.Dəfələrlə humanistlik göstərib onu bağışlamış və ailəmin dağılmasının qarşısını almağa çalışmışam. Lakin Məmmədov Elnur bu şansları düzgün dəyərləndirməmiş və şiddətə meyilli davranışlarını davam etmişdir.
Övladım 26.08.2014 təvəllüdlü Məmmədova Sunay Elnur qızını sırf vaz 21074 90 FZ677 dövlət qeydiyyat nişanlı minik avtomobilinin pultu ilə oynayan zaman düymələri basması nəticəsində. Küçədə dayanmış olan maşının baqaj hissəsi açılmış,siqnalizasiya sistemi işə düşmüş,işıqları yanıb-söndüyünə görə atası Məmmədov Elnur işdən gələrkən.Küçədə dayanmış həmin avtomobili görmüş və öncə məni çağıraraq nəyə nəzarət edirsən?deyib döymüş. Sonra isə yeməyini yeyib,uşaqlarım Məmmədova Qənirə,Məmmədova Pərvanə,Məmmədovova Sunaya sizlə birazdan məşğul olacam deyib.Məmmədov Elnur yeməyini bitirib,istirahət üçün yataq otağına keçərək.Avtomobili kimin o vəziyyətə gətirdiyini öyrəndikdən sonra qızım o ərəfələrdə 4/5 yaşlarında olan Məmmədova Sunayı öncə əlləri ilə qapaz və şillələrlə amansızcasına döyərək. Daha sonra isə milçəköldürən aləti ilə amansızcasına şiddətə məruz qoyur.
Şiddətə məruz qalan övladım Məmmədova Sunayın döyülmə anını öz telefonum ilə böyük ürək ağrısı ilə qeydə aldım. Çünki,mən bu insanın şiddətə meyilli olmasını heç kimə isbat edə bilmirdim.Lakin 2019 cu ildə özümün döyülməsi ilə 1 saylı Xəzər rayon polis idarəsinə 102 qaynar xətti ilə müracətimə əsasən şikayətçi oldum. Lakin yekun nəticədə ağsaqqallarımın rica və xahişini yerə salmayıb barışıq ərizəsini könülsüzdə olsa imzaladım.Həmin vide görüntünü telefonumdan silsəmdə həmin görüntü telefonun kart yaddaşında qalmışdı.
Barışıq ərizəsindən bir müddət sonra Məmmədov Elnur bizə dəyib dolaşmadı.Lakin sonradan söyüş və təhqirlərlə psixoloji şiddət göstərərək mənə və övladlarıma təsir göstərir,mənə yüngül qapazlar vursada övladlarımı həm söyüşlə,həm qapaz,şillə və təpikləməklə ,həmdə əlinə keçən əşyaları onlara ataraq əzab və əziyyətə məruz qoyurdu.Evimizdə tez-tez kənar müdaxilələrində təsiri ilə mübahisələr düşürdü.Mən bu mübahisələrdən cana doyduğumu dilə gətirib.Sakit bir şəkildə boşanmaq istədiyimi özünə bildirdim.Onun nə mənə ər,nə övladlarıma yaxşı ata olmayacağını gecdə olsa anladığım üçün bu qərara gəldim.Onun qohumları sayəsində kənar müdaxilələrin və həmdə özümündə ailəmdə şiddətli keçimsizliyimiz 16.02.2024 cü il tarixində baş vermiş mübahisə 17.02.2024 tarixində səhər radələrində dahada şiddətlə yekun həddə çatdı. Atam Əliyev Böyükağa Əzizağa oğlu mənim boşanmaq istəyimi dəstəklədiyi üçün Məmmədov Elnur onun göz almaciq nahiyəsinə yumruq atmış,qəfil zərbədən istifadə edərək onu səkidən aşağı itələyərək döyməyə davam edəcəkdi ki,mən araya girərək Məmmədov Elnuru kənara itələyib.Atama ayağa qalxıb özünü toparlamasına şərait yaratdım.Atam yaşlı və səhhəti nasaz olduğuna görə özünü mudafiə məqsədi ilə həyətdəki təsərrüfatda özümüzün istfadə etdiyimiz bıçağı götürərək ona getməsi üçün təsir göstərmək niyyəti ilə hədə-qorxu gəlir.Öz növbəsində Məmmədov Elnur həyətdən qaçır.Atam isə mənə hazırlaş gedim maşın götürüm sizin dalınızca gələcəm deyib həyəti tərk eliyir.Sonradan öyrəndiklərimə və şahid olduqlarımı eyniləşdirdikdən sonra deyə bilərəm ki,Məmmədov Elnur öz qardaşları Məmmədov Nuru,Məmmədov Nurlan,Məmmədov Nurağa.Anası Məmmədova Təranə və dayısı Nuriyev Baladayı ilə yolda atamın qarşısını kəsir.Onu zorla öz maşınlarına salmağa cəhd edərək atamın şərəf və ləyaqətini təhqir,söyüşlə ictimai yerdə qol və diz nahiyələrinə yumruq,təpik atırlar.
Həyətdən çıxarkən atam həyətimizdən götürdüyü bıçağı təşviş və həyəcanla özünü mudafiə məqsədi ilə cibinə qoyur.Yolda atamın önünü kəsərək əlbəyaxa olarkən atamın cibindən düşmüş həmin bıçağı qaynım Nurlan Məmmədov yerdən götürərək atama hücum çəkir.
Atamı Nuriyev Baladayının rəhbərliyi və təlimatları üzrə bacisi oğlanları Məmmədov Nuru,Məmmədov Nurlan və Məmmədov Elnura göstəriş verərək ;Basın onu maşına!aparıb onu başa salarıq ifadələrindən istifadə eləyib. Bu hadisəyə həmçinin Məmmədov Nurağa maşında əyləşərək anası Məmmədova Təranə ilə tamaşa edərək şahid olmuşlar.
Atam ictimai yerdə olduğuna görə atama hücum çəkərək adlarını sadaladığım şəxslər atamın onların maşınına minməmək üçün göstərdiyi müdaxilələrə kənd camaatının daha çox şahidlik etməməsi üçün onu buraxıb yenidən mənim yanıma evimə qayıdaraq .Qorxudan qapını qıfıllasamda Elnur Məmmədov təpiklə zorla qapını açır və əlində bıçaqla mənə deyir.Atanı küçədə öldürdüm.Sıra sənindir.Mən bu hədə-qorxulardan qorxmayaraq Məmmədov Elnurun ütünə yürüdüm. Buna şahid olan qaynım Məmmədov Nuru qardaşı Məmmədov Elnuru guya sakitləşdirmək məqsədi ilə araya girib evdən bayıra çıxarır.Lakin mən atamın öldürüldüyünü eşitdiyim üçün. Məlumatı dəqiqləşdirmək məqsədilə bayıra çıxdım.Bayırda Nuriyev Baladayı,Məmmədova Təranə və oğlanları Məmmədov Elnur,Məmmədov Nurlan,Məmmədov Nurağa və Məmmədov Nuru mənə hədə qorxular gələrək çıx get bu evdən deyib.Ağır söyüşlərlə təhqir elədi.Cibimdəki mobil telefonu əlimdən almaq üçün Məmmədov Elnur öz qardaşları Məmmədov Nuru,Məmmədov Nurlan və Məmmədov Nurağaya göstəriş verdi.
Onlarda üzərimə hücm çəkərək əl qolumu tutub telefonu almağa cəhd göstərdilər. Məmmədov Nurlan sol ayağımın diz və bud nahiyəsinə öz ayağının pəncəsini dirəyərək məni sıxışdırdı. Nəhayət əlimdəki telefonu alıb sındırdıqdan sonra mənimlə mübahisəyə davam edib.Nuriyev Baladayı mənim üzərimə yürüyüb əl qolla danışaraq çıx bu ev-eşikdən burda yaşamayacaqsan deyərək üzərimə gələndə. Mən 102 xidmətinə artıq müraciət etdiyimi və tezliklə burada olacaqlarını bildirdim.Həmin an həyətimə yığılmış bu kütlə polisin qorxusundan həyətdən çıxdılar. Atamın yol kənarında zorakılığa qarşı-qarşıya qalmış olduğu həmin hadisədə Bakı şəhəri,Xəzər rayonu,Türkan qəsəbəsi yeni Kənd küçəsində yerləşən Ramizin marketinin önündə baş verir.Həmin marketin güvənlik kamerası bu hadisəni 17.02.2024 tarixində qeydə alsa da.
Nədənsə həmin görüntülər hadisədən 2 ay 2 gün keçməsinə baxmayaraq cinayəti işində sübut olaraq ortada yoxdur.Mən ata evimə sığındıqdan sonra Məmmədov Elnurun atama ,övladlarıma və mənə qarşı etdiklərinin qəzəbi ilə lazımı qurumlara övladımın döyülmə anını əks etdirən həmin video görüntüləri təqdim elədim.Video görüntünü həmçinin Azərbaycan Uşaqlar Birliyinin Sədri Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinin təsisçisi Kəmalə Ağazadəyədə təqdim elədikdən sonra övladımın döyülmə anı ictimailəşdi.Bundan sonra dövlət öz öhdəliklərini yerinə yetirərək, Məmmədov Elnura cinayət işinin araşdırılması məqsədilə 3 ay həbs qəti imkan tədbiri görüb onu həbs etdilər.
17.02.2024 tarixində qızı Məmmədova Sunaya zor tətbiq edərək şiddət uyğulayan atası Məmmədov Elnur Əltəmas oğlu üçün alınmış 3 ayliq istentaq la əlaqədar olaraq həps qəti imkan tədbiri müəyyən olunsada. 17.02.2024 tarixindən bu yana 62 gün keçməsinə baxmayaraq bizə heç bir bildiriş gəlmir məhkəməyə dəvət üçün. 18.04.2024 tarixində atam Əliyev Böyükağa Əzizağa oğluna zəng gəlir ki,qızınız Nigar Məmmədova və zərərçəkmiş Sunay Məmmədova məhkəmədə iştirak etməlidir.Lakin mən məhkəməyə gəlirəm və orada qızımla çölə çıxardılıb,atamı dindiriləcəyini bildirirlər.Atam dindirildikdən sonra 128 maddə ilə içəri girən Məmmədov Elnuru ev dustaqlığına buraxılmasına hökm çıxarılır.2 maydan 17 maya qədər guya təqsirləndirilən şəxs yenidən həps olunub.
Bizə prakrorluqdan cinayət işi ilə bağlı heç bir bildiriş gəlmədiyi halda ,3.06.2024 tarixinde Xəzər rayon məhkəməsində baş tutan məhkəmənin hakimi Ramilə Xəzri ilk dəfə bizə akti versədə,yenidən sizə təqdim olunur deyir.Mən etiraz edirəm ki,xeyr yenidən yox,ilk dəfə bizə bu akt təqdim olunur deyirəm.Mən zərər çəkmişin anası kimi övladımı müdafiə edə biləcəyim təqdirdə mənə heç bir söz haqqı verilmir. İttiham aktında Məmmədov Elnur iddia etdiklərinin hamısı polise verilmiş yalan ifadələrdir.Tələbimiz budur ki;
Mənə kömək etsin adiyatı qurumlar.
17.02.2024 də atama Hücm çəkərək üstünə bıçaq çəkənlər Nuriyev Baladayı,Məmmədov Nurlan ,Elnur,Nuru,Nurağa Əltəmas oğlanları qardaşlarının zorla atamla əlbəyaxa olduğu həmin görüntüləri əks etdirən mobese kameralarındakı görüntülər artiq 2 aydan yuxarıdır ki bizə təqdim olunmur.Hər gün bir bəhanə eşidirik.Artiq 4 aydır həmin görüntüləri əldə edə bilmirik.Dövlətimizin qanunvericiliyinə inanaraq sizə müraciət etdim.Türkan kəndində 262 saylı orta məktəb yaxınlığında yerləşən mərkəzi yola nəzarət edən TŞ 7-145 yola nəzarət güvənlik kameralarının əks etdirdiyi həmin görüntülər ilə cinayət işinin üstünü açmaqda bizə köməklik göstərəsiniz.Təşəkür edirəm öncədən
17 fevraldan ,19 aprel tarixində baş tutmuş məhkəmə qərarının alındığı günədək 62 gün keçməsinə baxmayaraq. Mənim atama 18 aprel 2024 cü il tarixində axşam tərəfi zəng gələrək, Bakı apellyasiya məhkəməsinin səlahiyyətli nümayəndəsi atama mənimlə danışmaq istəyini söyləyir.
Məni təkid və ricalar üzərinə zərərçəkmiş qızım Məmmədova Sunayla birgə 19 aprel saat 3 də Məmmədov Elnurun ev dustaqlığına çıxarılmasına görə məhkəməyə dəvət edirlər.Mən həmin məhkəməyə zənglə dəvətdən öncə poçt vasitəsilə heç bir bildiriş almamışam.Öz vəkilimə məni müdafiəsi üçün hələ səlahiyyət vermədiyimə görə vəkilim həmin məhkəmədə iştirak edə bilmir.Nəhayət 19 aprel 2019 tarixində baş tutan apellyasiya məhkəməsinə gəlirəm.Məni və övladımı o məhkəməyə dəvət etmələrinə rağmən.Bakı apellyasiya məhkəməsinin Hakimi Məmmədov Murad Akif oğlu məhkəmə qapalı keçirildiyi üçün övladım ilə bayırda gözləməli olduğumu və atamın dindiriləcəyini bildirir.Yaxşı əgər həmin məhkəmədə heç bir söz haqqım olmayacaqdısa və atam dindiriləcəkdisə.Niyə mənim və övladımın həmin məhkəməyə gəlməsi təkid və rica olundu?Zərərçəkən mən və övladım olarkən söz haqqı belə həmin məhkəmədə mənə niyə verilmədən Məmmədov Elnur bugünkü gün azdlığa ev dustaqlığına niyə buraxılıb?Qəfil gələn zənglə,sabah günorta radələrində təyin olunan məhkəmə günü düşünürəm ki,qəsdən cümə gününə təyin olunub ki,həftənin şənbə və bazar günlərində mən qərara etiraz üçün lazımı qurumlara müraciətdə gecikim.Lakin vəkilim Tağıyeva Şəlalə Yunan qızından öz hüquqlarımı öyrənərək bildim ki,alınmış olan bu qərara etiraz məqsədilə 10 və 20 gün müddətində etiraz etmək hüququna sahibəm.Bəli,mən Məmmədova Nigar Böyükağa qızı 19 aprel 2024 tarixində Məmmədov Elnur Əltəmas oğlunun ev dustaqlığına buraxılması qərarına etiraz edirəm. Xahiş edirəm ki,bu qərar birdə gözdən keçirilsin və ittiham olunan yekun məhkəməyə çıxarılanadək yenidən məsuliyyətə cəlb olunsun.
Mən Bakı apellyasiya məhkəməsinin bu qərarına həm zərər çəkən kimi,həmdə zərər çəkmiş övladımın haqlarının müdafiəsi üçün öz etirazımı bildirirəm.
Ümid edirəm ki,şikayətim vaxtında nəzarətə götürülüb,lazımı tədbirləri görəcəksiniz. Öncədən təşəkkürlər.
İmza; Məmmədova Nigar Böyükağa qızı.
ŞİKAYƏT YAZILAN TARİX:
21.04.2024 saat 15:19.
Əlaqə telefonu: 050 429 37 56
Media qanunlarına əsasən qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq… Mövzunu diqqətdə saxlayacağıq…
Respublikainfo.com