• Haqqımızda
  • Əlaqə
  • Reklam
  • Media üçün
17 May, 2025
Respublikainfo.com
Advertisement
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • Digər
    • İdman
    • Hərbi
    • Kriminal
  • Sağlamlıq
No Result
Bütün Nəticələrə Baxın
Respublikainfo.com
No Result
Bütün Nəticələrə Baxın
Home Cəmiyyət

Coca-Cola 2030 Su Təhlükəsizlik Strategiyasını təqdim edib

18.03.2024 - 16:29
A A
0
SHARES
10
VIEWS
Facebookda PaylaşTwitterda Paylaş

Coca-Cola ötən həftə keçirilən Bakı Beynəlxalq Su Konfransında özünün 2030 Su Təhlükəsizlik Strategiyasını təqdim edib.

Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin təşkil etdiyi, dövlət qurumları, özəl sektor və beynəlxalq şirkətlərin nümayəndələrinin iştirak etdiyi Bakı Beynəlxalq Su Konfransında ölkə üçün önəmli olan su problemləri müzakirə edilib. Həm yerli, həm beynəlxalq iştirakçılar su resurslarının qorunması, suyun səmərəli istifadəsi üçün həll yolları təklif edib, beynəlxalq təcrübəni paylaşıblar.

Konfransın əsas tərəfdaşlarından biri olan Coca-Cola fəaliyyətində və məhsullarının istehsalında su ilə bağlı ən yaxşı təcrübələri bölüşərək 2030 Su Təhlükəsizlik Strategiyasını təqdim edib.

2030 Su Strategiyasına uyğun olaraq Coca-Cola fəaliyyət göstərdiyi ölkələrdə su resurslarından səmərəli istifadə və dayanıqlı idarəetmə üçün innovativ texnologiyalardan istifadə edir, eyni zamanda su çatışmazlığı olan ölkələrdə su hövzələrinin qorunması üçün layihələrə dəstək olur.

Strategiyanın təmsil etdiyi 3 təməl sütun aşağıdakılardır:

– İstehsal prosesində istifadə olunan suyun azaldılması və təkrar istifadəsi. Şirkət 2030-cu ilə qədər istehsal müəssisələrində xammal kimi istifadə olunan suyun həcminin 20% azaldılmasını hədəfləyir və bunun üçün yeni texnologiyalardan yararlanır.
– Su hövzələrində suyun mühafizəsi və artırılması, su itkisinin qarşısının alınması. Şirkət istehsalda istifadə etdiyi su həcmi qədər su resurslarının bərpası üçün layihələrə dəstək olur, suyun cəmiyyətə qaytarılmasını hədəfləyir.
– Su problemi olan icmalar üçün təhlükəsiz su təchizatına dəstək. Su qıtlığı və ya içməli su problemi olan icmalara su təchizatı, eyni zamanda fövqəladə hallarda ehtiyacı olanlar üçün su dəstəyi həyata keçirir.

Coca-Cola şirkətinin Avrasiya üzrə İctimaiyyətlə Əlaqələr direktoru Elşad Fərzəliyev bildirib ki, şirkət Azərbaycanda bu istiqamətində müxtəlif layihələr həyata keçirir:

“Coca-Cola sərinləşdirici içki sektorunda sudan dayanıqlı istifadə sahəsində qabaqcıl təcrübəyə malikdir. Bizim 2030 Su Təhlükəsizlik Strategiyamıza uyğun olaraq Azərbaycanda sudan istifadənin azaldılması, su resurslarının bərpası və qorunması sahəsində bir sıra layihələr həyata keçirməkdəyik. Abşeron ərazisində Coca-Cola Fondunun dəstəyi ilə əkilən ümumilikdə 100 min ağacın suvarılmasında su israfının qarşısını almaq üçün damcı-suvarma sistemi quraşdırmışıq. ADA Fondu ilə əməkdaşlıq edərək ADA Universitetinin ərazisində ağacların suvarılması üçün yeraltı sulardan təkrar istifadəyə yönələn “Suyu qoru, təbiəti canlandır” layihəsinə başlamışıq. Bu il Azərbaycanda Yaşıl Dünya Naminə Həmrəylik İli və COP29 beynəlxalq tədbirinin olacağını nəzərə alaraq yeni ekoloji layihələr nəzərdə tutmuşuq”.

Qeyd edək ki, Coca-Cola məhsullarını 200-dən çox ölkədə satan qlobal içki şirkətidir və məqsədi dünya istehlakçılarını təravətləndirmək və fərqlilik yaratmaqdır. Şirkət Azərbaycandakı fəaliyyətinə 1994-cü ildə Türkiyənin beynəlxalq içki istehsalı şirkəti olan “Coca-Cola İçecek”in tərkib hissəsi olaraq “Azerbaijan Coca-Cola Bottlers”ın yaradılması ilə başlayıb və o vaxtdan bəri Coca-Cola, Fanta, Sprite, Bonaqua, Cappy və Fuse Tea kimi məşhur sərinləşdirici içki markalarının istehsalı və satışı ilə məşğuldur. 400-ə yaxın işçisi olan Coca-Cola Azərbaycan eyni zamanda təchizat zənciri vasitəsilə 5000-dən çox iş yerini dəstəkləyir. Şirkət tullantıların azaldılması, su ehtiyatının qorunması, qadın və gənclərin iqtisadi imkanlarının artırılması məqsədi ilə icma layihələrinə 3 milyon dollardan çox sərmayə yatırıb.

XƏBƏR LENTİ

Cəmiyyət

“Gülbahar” ABŞ-də səsləndi – VİDEO

16 May 2025
1
Manşet

“Bu hər şeydən əvvəl Türkiyə liderinə olan inamdan irəli gəlir” – EMİN HƏSƏNLİ

16 May 2025
1
Seçmə

MDB-yə üzv dövlətlərin təhlükəsizlik orqanlarının növbəti iclası keçirilib

16 May 2025
1
Seçmə

Asif Kərimova söz demək heç kimin başı üçün deyil! – Kəmalə Qaramollayeva

15 May 2025
2
Cəmiyyət

Neftçalada Ulu Öndərin 102 illiyi qeyd olunub

11 May 2025
5
Mədəniyyət

Azərbaycanda tanınmış fransız ifaçı İndilanın mahnısına film çəkildi – VİDEO

11 May 2025
20

"Respublika" Media Qrupu sayt və gündəlik bülletenlər vasitəsi ilə siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət sahələri üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırır.

Kateqoriyalar

  • Analitika
  • Cəmiyyət
  • Digər
  • Dünya
  • Gündəm
  • Hadisə
  • İdman
  • Kriminal
  • Manşet
  • Mədəniyyət
  • Sağlamlıq
  • Seçmə
  • Siyasət
  • Sosial
  • Türkçe
  • Русский

Əlaqə

  +994(50) 515 28 34
 info@respublikainfo.com
   Ünvan:

Bizi İzləyin

  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Media üçün

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.

No Result
Bütün Nəticələrə Baxın
  • Gündəm
  • Siyasət
  • Analitika
  • Hadisə
  • Mədəniyyət
  • Sosial
  • Dünya
  • Cəmiyyət
  • Seçmə
  • İdman
  • Hərbi
  • Kriminal

Respublikainfo.com © 2022 - Bütün hüquqları qorunur.