Respublikainfo.com xəbər verir ki, 15 mart 2024-cü il tarixində AR Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında, Akademiya tərəfindən keçirilən “Mediatorların ilkin hazırlıq kursu”nu müvəffəqiyyətlə bitirmiş mediatorlara sertifikatlar təqdim olunub.
Sertifikatvermə mərasimində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov və Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov iştirak edib.
Nadir Adilov çıxış edərək mediasiya sahəsində son illərdə görülən işlərdən və yeniliklərdən söz açıb. O bildirib ki, 2024-cü ildə daha sıx əməkdaşlıqlar qurulacaq, daha keyfiyyət yönümlü nəticələrə nail olunacaqdır.
Ədliyyə Akdemiyasının prorektoru Elçin Xələfov çıxışı zamanı mediasiya sahəsində təşkil edilən təlimlərdən danışıb, mediatorlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd edək ki, təqdimat zamanı hüquqşünas, ADVOCATE ALLİANCE HÜQUQ ŞİRKƏTİNİN RƏHBƏRİ Esmira Rzayeva da iştirak edib.
Sonda kursu uğurla tamamlamış şəxslərə sertifikatlar təqdim edilib.
#MediasiyaŞurası #ƏdliyyəAkademiyası #mediasiya #mediator #təlim
Baş redaktor: Bünyamin Çingizoğlu
Respublikainfo.com